vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
SAĞLAMLIQ  
11:01 | 20 iyul 2020 | Bazar ertəsi Məqaləyə 12603 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Alkoqolun riyaziyyatı

Nə qədər və necə içmək ziyansızdır?

Barış NAMAZOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Niyə içki məclisinin uzanması yaxşıdır? Hansı qədəhdən sonra zəhərlənmə və ölüm riski başlayır? Ayılma vaxtını necə hesablamaq olar? Qadınlar niyə tez sərxoş olur, amma tez ayılır? Sərxoşluq dərəcəsini, ziyanın səviyyəsini, ayılma saatını hesablamaq üçün düstur və kalkulyator olduğunu bilirsinizmi?

 - Dərslərimizin başlamasına hələ var, amma universitetimiz yeni gələn tələbələr üçün bəzi onlayn kurslar qoyub. Burada hər şeydən əvvəl yazma bacarığı yoxlanılır və mühəndislik oxumağımıza baxmayaraq, bu sahədə ciddi dərs və ödəvlər var. Hələlik həyatımızı daha sağlam qurmaq və hərtərfəli bilik qazanmağımız üçün fərqli mövzularda onlayn kurslar keçirik. O kurslardan biri AlcoholEdu adlanır, alkoqol və narkotik vasitələr haqqında məlumatlar, onların istifadəsinin zərərlərindən, nəticələrindən və bu sahəyə aid qanunvericilikdən bəhs edilir. Hətta yaxınlıqdakı birinin alkoqol zəhərlənməsinə tutulduğu halda nə etməli olduğumuz da öyrədilir. Kursu bitirdim, imtahanından da yaxşı nəticə aldım, atam da mənə güldü ki, “içən mən, içkinin imtahanından qiymət alan sən!”

Öyrəndiklərimdən bəziləri sizlərə də maraqlı ola bilər. Bunlardan ən maraqlısı “Blood Alcohol Concentration (BAC)” - yəni qanda olan alkoqolun miqdarı – göstəricisidir. Buna həm də “sərxoşluğun dərəcəsi” də demək olar. BAC-ın asılı olduğu əsas amillər bunlardır: “standart içki”lərin sayı, bədən çəkisi, cins və bu içkilərin nə qədər müddətdə içilməsi. Bir standart içki nədir? Standart içki tərkibində təxminən 14 qram saf alkoqol olan içki miqdarına deyilir – bu, nə qədər içdiyimizin vahidi sayıla bilər. Bir metal qutu pivə (330 millilitr), bir şüşə şərab, bir qədəh araq – bunlar hamısı bir standart içkidir.

BAC-ı hesablamaq nə verir?

Bu, sizə ziyan olmayacaq içki miqdarını və içdikdən sonra nə qədər müddətə tam ayılacağınız zamanı hesablamağa kömək edəcək. Bəs bunu necə hesablamalıyıq? İnternetdə istifadəsi çox sadə olan onlayn kalkulyatorlar var (https://www.alcohol.org/bac-calculator/, çəki pound ilə yazılmalıdır, kiloqramın 2.2-ə hasili). Düstura əsasən isə BAC standart içkilərin sayı ilə düz, çəki və bədəndə olan su sabiti ilə tərs mütənasibdir.

Bir məqamı unutmaq olmaz. İçmə prosesi (məclisin vaxtı) uzandıqca BAC metabolizm sabitindən asılı olaraq azalır. Ona görə də, aram-aram içənlər daha az sərxoş olur, az zəhərlənirlər.

Burada maraqlı bir məqam da var. Kişilər üçün bədəndə olan su sabiti 0.58-dir, qadınlar üçün isə 0.49. Bu o deməkdir ki, eyni miqdarda içdikdə, bədən çəkilərinin eyni olduğunu nəzərə alsaq, qadınlar daha çox sərxoş olurlar. Metabolizm sabiti isə kişilər üçün 0.015, qadınlar üçün isə 0.017-dir. Deməli, qadınlar kişilərlə müqayisədə tez sərxoş olur, amma tez ayılır. Tez sərxoş olmaları bədəndə suyuna azlığı ilə, tez ayılması metabolizmin daha sürətli getməsi ilə bağlıdır.

Çəki ilə BAC tərs mütənasib olduğu üçün, arıq adamlar tez sərxoş olur. Ona görə də, çəki də nəzərə alınmalıdır.

BAC-da hətta 0.01 faizin çox ciddi fərqi var. Belə ki, bu göstərici 0.01 faiz və 0.03 faiz aralığında olduğunda ciddi fərqlər hiss olunmur, adamın kefi müəyyən qədər artır. 0.04 faiz və 0.06 faiz aralığında olduğunda isə rahatlıq və istilik hissi gəlir, cümlə qurmaqda və yaddaşda kiçik problemlər yarana bilər. 0.09 faizə qədər olduqda balans, danışıq, görmək və idarəetmədə problemlər yarana bilər. Amerikanın çox ştatında 0.08 faizdən artıq BAC ilə motorlu vasitə idarə etmək olmaz. 0.10 faiz və 0.12 faiz aralığında olduğunda balans daha da itir, 0.15 faizə qədər olduqda isə görünüş bulanıqlaşır və balansda ciddi problemlər yaranır, disforiya yaranmağa başlayır. 0.16 faiz və 0.20 faiz aralığında disforiya artır, qusma baş verə bilər və artıq insanın sərxoşluğu qıraqdan rahat görünür. 0.30 faizə qədər yeriməkdə çətinlik çəkilir, mental qarışıqlıq yaranır və zəhərlənmə baş verir. Ölüm şansı yüksəlir. 0.35 faiz-0.40 faiz aralığında özünü itirmə baş verir, insan komaya girir. Daha çox olduqda isə nəfəs çatışmazlığı səbəbindən ölüm baş verir.

Buradan belə çıxır ki, içki məclisləri uzun olmalıdır, hərə öz çəkisinə uyğun və az içməlidir ki, zəhərlənmə riskinə girməsin. Yəni BAC 0.15 faizi keçməsin.

80 kq çəkisi olan bir kişi 2 saat davam edən məclisdə bərabər aralıqlarla içərsə, 5-ci qədəhdə qırmızı xətti keçmiş olur. Bundan sonra qusma və zəhərlənmə başlayır. Qadınların çəkisi adətən az olur və onlarda bədəndəki su sabiti daha az olduğu üçün daha az qədəh ilə kifayətlənməlidirlər.

Rahat, ağrısız, ziyansız içmə isə ən çoxu 3 qədəh ilə şərtlənir. Müəllimlərimiz deyir ki, tamam içməmək isə nə zəiflikdir, nə də xoşbəxt olmağa mane olur.