vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ELM-TEXNİKA  
11:11 | 22 iyul 2020 | Çərşənbə Məqaləyə 13031 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ağıllı” ol, amma sui-istifadə etmə!

Avropa Komissiyası “Apple”, “Google” və “Amazon” barəsində araşdırmaya başlayıb

FATEH

Avropa Birliyinin icra orqanı olan Avropa Komissiyası “Apple”, “Google”, “Amazon” və bir sıra başqa şirkətlərin səs assistentləri və “Əşyalar interneti” bazarında rəqabəti pozduğunu yoxlamaq üçün onlar barəsində antiinhisar araşdırmasına başlayıb.

Bu barədə Avropa Komissiyasının rəqabət məsələləri üzrə rəhbərinin müavini Marqret Vestager deyib.

O bildirib ki, öz bazar mövqeyindən sui-istifadə edən böyük şirkətlər rəqabət mühitini tez bir zamanda inhisarçılığa çevirə bilərlər.

“Səs köməkçiləri və “ağıllı” qurğular bizim seçimlərimiz haqqında bir çox məlumatlar toplaya bilər. Böyük şirkətlərin bu məlumatlardan sui-istifadə etməsi riski mövcuddur”, – deyə M.Vestager qeyd edib.

Elan edilmiş araşdırma hələlik ilkin mərhələdədir. Avropa Komissiyası məlumat toplamaq üçün yüzlərlə “ağıllı” ev, daşınan qurğular istehsalçısına və səs köməkçiləri istehsalçılarına sorğu göndərib.