

Güllələnən iki nəfərdən biri SEPAH üzvü olub
SEPAH-ın kəşfiyyat “şefinin” xəstəxanaya yerləşdirildiyi bildirilir
Hakimiyyət kanalları Azərbaycanı şiəliyə qarşı müharibədə günahlandırır
Məhəmmədrza Həsəni Ahəngər “Parçin”ə edilən hücumda öldürülüb
İran satılmışlarla Bakıda nəyi almaq istəyir?
Argentinada saxlanılan təyyarənin “Qüds” qüvvələri ilə əlaqəsini sübut edən dəlillər var
SEPAH “media zabiti” adlandırılan Əli Qolhəkini həbs edib
Öldürülən SEPAH zabitləri ilə bağlı yeni iddia
İran İnqilab Keşikçiləri Qvardiyası hərbçilərinin ölümü müəmmalı olub
Sanksiyalar məruz qalan şirkətin təyyarəsi 3 dəfə artıq ekipajla şübhəli reyslər keçirib
Əli İsmayılzadənin ölümü barəsində ziddiyyətli xəbərlər var
SEPAH-ın öldürülmüş polkovniki ilə bağlı iddia
Fars-molla rejimi qanunsuz həbs etdiyi əcnəbilər qarşılığında xarici dövlətlərdən imtiyaz tələb edir
Azərbaycana qarşı köhnə tezislər baş qaldırır
Yad əbalı, başı əmmaməlilərin cəhdləri fiaskoya uğradı
ABŞ isə istənilən razılaşmada təşkilat qara siyahıdan çıxarılmayacağını deyir
İran Azərbaycana qarşı “sərhəd təhdidi”ni yenidən gündəmə gətirib: SEPAH-ın yaydığı videoda Ermənistan sərhədlərinin dəyişdirilməsinə imkan verilməyəcəyi iddia olunur.
“Sərhəd təhdidi”nin yenidən aktullaşmasının səbəbi böyük ehtimalla Brüssel razılaşmasıdır. Razılşamaya görə, Azərbaycan və Ermənistan aprel ayının sonuna kimi sərhədin delimitasiyası üzrə birgə komissiya yaradacaq.
II Qarabağ müharibəsində Azərbaycanın ərazilərini işğaldan azad etməsi İranı iki taktiki məsələyə görə narahat edir:
1. İşğal dövründə nəzarətsiz qalan Azərbaycan-İran sərhədinin 132 kilometrliyinə nəzarətin bərpa edilməsi nəticəsində Qarabağ “boz zona” olmaqdan çıxdı və İranın çirkli pulların yuyulmasından tutmuş qaçaqmalçılığa qədər müxtəlif qanunsuz fəaliyyətinin trayektoriyası azaldı;
2. İran Cənubi Qafqaza çıxışı böyük ölçüdə Azərbaycanın təsiri altına düşdü: Tehranın Zəngəzur dəhlizinin “dəhliz məntiqi” ilə açılmasına etirazı da bundan qaynaqlanır.
Rəsmi Tehranın yeni reallığın qarşısını almaq cəhdləri baş tutmadı, xüsusilə Rusiyanın mövqeyi İran üçün təsirli oldu. Bununla yanaşı, Tehranın bölgədə iştirakçılıq payının artmasına şərait yaradan Azərbaycan-İran anlaşmaları əldə olundu:
- Türkmənistan qazının Azərbaycana gətirilməsində İranı tranzit olması;
- Fars körfəzi-Qara dəniz marşrutu üzrə İran-Azərbaycan-Gürcüstan anlaşması;
- Zəngəzur dəhlizinin alternativ marşrutunun İran ərazisindən keçməsinə dair razılaşma;
Bütün bunların fonunda SEPAH-ın “sərhəd təhdidi”ni yenidən gündəmə gətirməsi suallar yaradır.
a) Brüssel razılaşması praktiki mərhələdə işləyərsə, yaradılacaq birgə komissiya yaxın dövrdə sərhədin delimitasiyasını həyata keçirə bilər: İran bu gözləntilərə qarşı sərhədin İrəvanın maraqlarına uyğun delimitasiyası mövqeyindən çıxış edir və bu dəstəklə Cənubi Qafqazda Ermənistan üzərindən hərəkət imkanlarını saxlamaq niyyətindədir;
b) Sərhədin müəyyən edilməsi Azərbaycan-Ermənistan arasında mümkün sülh sazişinin əsas komponentlərindəndir və bunun reallaşması Ermənistanın Qarabağı Azərbaycanın ərazisi kimi tanımasının, eləcə də bölgədəki separatçı-terrorçuların da taleyinin böyük ölçüdə həll edilməsi deməkdir: İran Azərbaycanın Qarabağda sonuncu mərhələni də həyata keçirilməsində maraqlı deyil, çünki problemin qalması və Bakı-İrəvan münaqişəsinin davam etməsi Tehranın bölgə siyasətinə uyğundur;
İranın indi aktivləşməsi eyni zamanda Rusiya-Ukrayna müharibəsi və Qərbin Azərbaycana marağının artmasından qaynaqlanır. Tehranda düşünürlər ki, proseslərin inkişafı Bakı-Moskva xəttində yeni problemlər yarada və bu, onların bölgəyə “müdaxilə qapısını” aça bilər.