
Üz verəndə astar istəyənlər ...
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Türkiyə TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir
Proses hara gedir, Azərbaycan nə istəyir?
Seçim Moskvanındır!
İranın Azərbaycana qarşı siyasəti
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Böyük Britaniyadan Rusiyaya sərt reaksiya
Fransadan Rusiyaya qınama
Aprelin 15-də Azərbaycan hökuməti Ukraynadakı böhran nəticəsində Moldova ərazisinə keçmiş ukraynalı qaçqınlara tibbi yardımın göstərilməsi və ilkin ehtiyacların qarşılanması üçün humanitar yardım göndərib.
Rəsmi məlumata görə, ümumi dəyəri 1,7 milyon manatdan artıq olan 29 tonluq humanitar yardımın Kişinyov hava limanına çatdırılması üçün təyyarə dünən səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşüb.
Moldovanın Azərbaycandakı müvəqqəti işlər vəkili Nikolay Kojuhar bildirib ki, dost ölkə olan Azərbaycan bu çətin dövrdə Moldovaya kömək edir.
“Bir çox Ukrayna vətəndaşı Moldova ərazisindən istifadə etməklə digər ölkələrə keçsələr də, hazırda 100 minədək ukraynalı müvəqqəti olaraq Moldova ərazisində məskunlaşıb. Bu isə ölkə əhalisinin, təqribən, 4 faizini təşkil edir”, o qeyd edib.
Azərbaycan bu il fevralın 27-də və martın 12-də Ukraynaya ümumi dəyəri 21,5 milyon manat (11,5 milyon avro) olan dərman vasitələri və tibbi vasitələr, eləcə də ərzaq və qida məhsulları göndərib. İndiyədək Azərbaycan hökuməti və ictimaiyyət Ukraynaya ümumilikdə 520 tonadək humanitar yardım göndərib.