
Lukaşenkonun hiyləgər gedişləri
Belarus prezidenti özünə xələf hazırlayıb?
Belarus prezidenti özünə xələf hazırlayıb?
Polşalı hüquq müdafiəçiləri qərara etiraz edib
Lukaşenko Zelenskini təhqir edib
Açıq bazar müqabilində demokratikləşmə vədi
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
... Yeni təsir axtarışı?
Ukrayna Belarusu hədələdi
Lukaşenkodan NATO-ya xəbərdarlıq: “Əsgər göndərsələr, ... başlayacaq”
“Müharibə çox gec olmadan bitməlidir”
Belarus Ukrayna ilə sərhədə ordu yığıb
“Sərhədlərimizə daxil olmasa, nüvə silahından istifadə etməyəcəyik”
Ölüm cəzasına məhkum edilən Almaniya vətəndaşı təxribat cəhdinə görə mühakimə olunurdu
Belarusda ölümə məhkum edilən almaniyalı Qırmızı Xaç həkimi göz yaşları ilə yalvardı
Lukaşenko: “Əgər sülh istəyirsənsə, ...”
Minsk müharibəyə qoşulacaqmı?
Rusiya-Belarus danışıqlarının gizlinləri
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa Parlamentində çıxışı zamanı bəyan edib ki, Çin Ukraynadakı müharibə ilə bağlı dəqiq mövqe tutmalıdır. “Rusiya ordusunun mülki əhaliyə qarşı təcavüzü davam etdiyi bir zamanda heç kim bitərəf qala bilməz”.
Dünya artıq elə bir mərhələyə daxil olub ki, bitərəf qalmaq mümkün deyil. Dövlətlər, xüsusilə də Avrasiyada yerləşən dövlətlər seçim etmək məcburiyyətindədirlər. Dövlət ya Rusiyanın, ya da anti-Putin koalisiyanın yanında yer almalı olacaqlar. Ursula fon der Leyenin dediyi kimi heç kim bitərəf qala bilməz.
Hər iki seçimin riskləri mövcud olsa da, Rusiyanın yanında yer almaq özünün edam hökmünü imzalamağa bərabərdir.
Rusiyanın yanında yer almağın ölüm hökmü olduğunu anlayan Belarus da tədricən Moskvadan qopmaq yolunu seçib. Belarusun xarici işlər naziri Vladimir Makey Avropa Birliyinin rəhbərlərinə göndərdiyi məktubda Minsk ilə Brüssel arasında 2016-2019-cu illərdə mövcud olmuş isti münasibətdən bəhs edib. Eyni zamanda Makey Brüsseli əmin edib ki, Belarus Ukraynaya qarşı müharibəyə qoşulmayacaq. Məktubun sonunda xarici işlər naziri Avropa Birliyi ilə danışığa hazır olduqlarını bildirib.
Belarus xarici işlər naziri Matey Lukaşenkonun razılığı və hətta göstərişi olmadan belə bir məktub yaza bilməzdi. Aydın görünür ki, Belarus ATƏT tərəfindən hərbi cinayətlərdə ittiham olunan, soyqırım və terrorçuluqda ittiham olunması zaman məsələsi olan Rusiyanın yanında yer almağın edam hökmü olduğunu anlayıb. Makeyin bu məktubu Minskdə Rusiyanın Ukraynaya qarşı müharibədə qalib ola bilməyəcəyinə əminlik yarandığının göstəricisidir. Rusiyanın qalib gəlmək şansı olsaydı, Minsk heç zaman belə addım atmazdı.