
Xorvatiyada güclü yağış və fırtına
Bərə ilə toqquşan gəmi batıb
Bərə ilə toqquşan gəmi batıb
Qocalar evini tərk edib kruiz gəmisinə köçən yaşlı qadın 15 il ərzində dünyanı gəzəcək
Qızıl külçə qalmaqalı Fransaya yayıldı
4 nəfər ölüb, 30 nəfər itkin düşüb
Rusiya hərbi gəmiləri Yapon dənizində təlimlər keçirir
İnsan fəaliyyətləri vəziyyəti getdikcə pisləşdirir
Nəhəng gəmi 3 min avtomobil üçün məzar oldu
Gəmilər boğaza girməyə qorxur
Siyahıda 60 gəmi var
Dəhşətin səbəbi elektrikli nəqliyyat vasitələri
Şimali Koreyanın qəribə xilasetmə əməliyyatı
Şimali Koreya hərbi gəminin buraxılması qəzasından sonra dördüncü şəxsi həbs olunub
“Təhlükəli yük” sulara qərq oldu
... Nə bağ bildi, nə də bağban
Destinasiyalar Körfəz ölkələrindən gələn turistlərin sayına təsir edir
3 dirəyin sınması nəticəsində 2 ölü, 20 yaralı var
Jurnalistlər Rusiya Hərbi Dəniz Donanmasının batmış “Moskva” flaqmanındakı daha bir çağırışçının ailə üzvünü tapıb. Dənizçi gəmidəki partlayışdan sonra baş verən yanğından sağ çıxıb. Jurnalistlər onun anası ilə danışıb. Təhlükəsizlik baxımından onun adı açıqlanmayıb.
Qadın aprelin 14-də axşam oğlunun ona zəng etdiyini və onun dediklərinin hamısının Rusiya hakimiyyətinin rəsmi açıqlamalarına zidd olduğunu deyib. Xüsusilə də o, gəmiyə Ukraynanın “Neptun” raketlərinin dəydiyini təsdiqləyib və 40 dənizçinin öldüyünü bildirib.
Çağırışçının anasının sözlərinə görə, “Moskva” kreyseri artıq fevralın 24-dən Zmeynı adasına daxil olaraq, bir sıra döyüş əməliyyatları yerinə yetirib. Son əməliyyat olaraq, gəminin Rusiya dəniz piyadalarını Odessaya çatdırması planlaşdırılırdı.
“Oğlum mənə ayın 14-də göz yaşları içində telefonla zəng etdi və dedi: Ana, nə baş verdiyini başa düşürsən? Bizə üç raket atıldı. Uşaqlardan bəziləri “Makarov” freqatına təxliyə edilib. Sağ qalanların hamısı Sevastopola aparılıb. Onlara telefonlar verdilər. Onların heç nəyi yox idi, onlar yalnız alt paltarında qalmışdı. Hər şey gəmidə qaldı - həm telefonlar, həm də sənədlər”, – deyə qadın bildirib.
Həmin vaxt artıq “gəmidə yanğın” xəbərlərini görən qadın bu barədə oğlundan soruşub.
O mənə “Xeyr, ana, bu, doğru deyil. Bu, yanğın deyil” dedi. O bunu özündən çıxarmadı, yaşadığı dəhşətdən danışır və ağlayırdı. O, yalan deməzdi. Və bu elə də asan alovlanacaq taxta qayıq deyil. Heç kim heç nə izah etmir. Hər şeylə təchiz olunmuş gəmidəki radarların “Neptun” raketlərini niyə tanımadığını başa düşə bilmirəm” deyib qadın.
Buna görə də bu qadın Rusiya Federasiyası Müdafiə Nazirliyinin “Moskva” hərbi gəmisinin sursatın partlaması nəticəsində alışması ilə bağlı rəsmi versiyasına inanmır.
Dənizçinin anasının dediyinə görə, “Moskva” flaqmanında təxminən 510 nəfər olub. Oğlu ona 40-a yaxın dənizçinin öldüyünü bildirib.