Nazarbayevin titulu ləğv olunur
Toxunulmazlığı isə qalacaq
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İlk hal 11 il əvvəl yaşanıb
Ərazidəki insanlar sərxoş olub yatırlar
-
Qazaxıstan referenduma gedir
Ölkə başçısı AES tikintisi üçün xalqın razılığını istəyir
-
“Ölkəmiz buna öyrəşə bilməz”
İkinci Dünya Müharibəsindən sonra yaşanan ilk kansleri üzüb: “Bizim üçün də ağrılıdır”
-
Dombra – qəlb sazından çıxan səda
“Astana Opera”nın Bakıya qastrolu
-
... Bakıda Qazaxıstan filmləri nümayiş olunub
İki ölkə arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə ...
-
Əliyev Tokayevi təbrik etdi
Azərbaycan Prezidenti Qazaxıstanlı həmkarına məktub göndərib
-
... Tokayev 7 ildə nələr edəcək?
“Ədalətli Qazaxıstan – hamı və hər kəs üçün” şüarıyla ...
-
Tokayev qalibdir
Qazaxıstan prezidenti səslərin beşdə birindən çoxunu qazanıb
-
“Bölgə ölkələri asılı olmamalıdır”
Vaşinqtonun nəzəri Mərkəzi Asiyadadır
-
Qazaxıstanın seçimi
Tokayev hərbi doktrinanı da dəyişdirib
-
Türk dövlətlərinin NATO-su
Bu təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil
-
“Marşrutun potensialı tam reallaşdırılmayıb”
İki yol arasında fərq 500 km-ə yaxındır
-
“Bölüşmədiyimiz dəyərlərin yayılması...”
Qazaxıstanda “Lightyear” filmi qadağan edilir
-
Qazaxıstanda etiraz
Aksiya iştirakçıları antihökumət mitinqlərinin dağıdılması zamanı həlak olanlar üçün ədalət tələb edir
-
Xəzərin dibi ilə neft kəməri
Tokayev neft tranzitini Rusiyadan yan keçirmək istəyir
-
Rusiya ilə Qazaxıstan arasında nə baş verir?
Tokayevin separatçıları Putinin yanında “kvazi dövlətlər” adlandırması Moskvada qıcıq doğurub
Qazaxıstan keçmiş prezident Nursultan Nazarbayevin “elbası” titulunu ləğv etmək istəyir. Qazaxıstan parlamentinin aşağı palatası – Məclisin sədri Erlan Qoşanov aprelin 27-də jurnalistlərə deyib ki, hazırda hökumət komissiyası Nazarbayevin adını “müstəqil Qazaxıstanın qurucusu” kimi təsbit edən qanuna dəyişiklik üzərində işləyir.
Millət vəkili bildirib ki, bu dəyişiklik “birinci prezident – elbası” haqqında qanun maddəsinin ləğvinə səbəb olacaq.
“Elbası” titulu Nazarbayevə hətta 2019-cu ildə prezident postundan getdikdən sonra da hüdudsuz hakimiyyət verirdi.
Qoşanov deyib: “Prezidentlər haqqında qanuna əsasən birinci prezident sadəcə olaraq keçmiş prezident kateqoriyasına düşəcək, amma adı konstitusiyada saxlanacaq”.
81 yaşlı Nazarbayev prezident postundan 2019-cu ilin martında istefa verib və uzun müddət onun varisi sayılan Qasım-Comərd Tokayev prezident seçilib.
Buna baxmayaraq Nazarbayev elbası titulunu və Təhlükəsizlik Şurasının sədri vəzifəsini özündə saxlayıb.
Beləliklə, Nazarbayevin çoxsaylı qohumları da hökumətdə, təhlükəsizlik orqanlarında və gəlirli enerji şirkətlərində mühüm vəzifələrini saxlaya biliblər.
***
Lakin yanvar ayında yanacaq qiymətlərinin kəskin qalxmasına görə başlanmış aksiyalar ölkəni bürüyən korrupsiya və qohumbazlığa qarşı geniş etirazlara çevrilmişdi.
O vaxt Tokayev özü ilə Nazarbayev arasında məsafə yaratmaq üçün bir neçə addımlar atmışdı. Bunlardan biri də Təhlükəsizlik Şurası sədrliyinin Nazarbayevdən alınması idi.
Tokayev bir prezident kimi bu vəzifəni öz üzərinə götürmüşdü.
Birinci prezident haqqında qanun Nazarbayevə və onun yaxın qohumlarına həm də toxunulmazlıq verir.
Bu qanuna görə Nazarbayev Konstitusiya Şurasının ömürlük üzvüdür və onun “şərəf və ləyaqətinə” hər hansı hörmətsizlik cinayət əməli sayılır.
Əgər bu qanun ləğv edilərsə, hakimiyyət Nazarbayevin ailə üzvləri və yaxın qohumlarını mühakimə edə biləcək.
Amma bununla belə Nazarbayev adının konstitusiyada olmasına görə şəxsi toxunulmazlığını saxlamaqda davam edəcək.