“Sanki Brüssel və Moskva arasında rəqabət gedir”
Növbəti Əliyev-Paşinyan görüşündən nə gözləntilər var?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Aİ-dən “Dəmir Pərdə” xəbərdarlığı...
Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
-
Aİ Macarıstanın “saqqızını oğurladı”
Rəsmi Budapeşt 5,8 milyard qrant qarşılığında Ukraynaya nəzərdə tutulan yardıma hə dedi
-
Aİ-nin gizli həbsxanaları
Günlərlə yeməksiz, susuz kazarmalarda saxlanılıb ...
-
Bolqarıstandan Aİ-yə etiraz
Rəsmi Sofiyanın Şengen zonasına daxil olmaqdan imtina edilməsinə reaksiyası sərt oldu
-
Zaqreb üçün böyük gün
Aİ Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib
-
Şengen genişlənir
Xorvatiyanın üzvlüyə prəblem olmadığı halda, 1 ölkə Rumıniyanın, 2-si isə Bolqarıstanın əleyhinədir
-
“Yeni iqtisadi şoklar”
Rusiya Mərkəzi Bankı hesabat açıqladı
-
“Biz birləşmiş və güclüyük”
Avropa İttifaqı Rusiyaya 9-cu sanksiya paketini açıqladı
-
Aİ İsrail polisi ilə əməkdaşlığı dondurur
Netanyahunun qurduğu koalisiya qoca qitəni narahat edir
-
Avropada Çin polis məntəqələri
Mühacirləri izləmək və zorla ölkəyə qaytarmaq üçün fəaliyyətdə olublar
-
Avropada “çirkli pul” araşdırması
25 ölkədə keçirilən əməliyyatda 2500 nəfər həbs olunub
-
“Üzərində işləyirik”
Rusiya neft ticarətində maksimum qiymətdən istifadəni qadağan etməyə hazırlaşır
-
“Hazırda təhlillər aparırıq”
Kremldən neft qiyməti qərarına etiraz
-
İranla Aİ arasında kritik görüş
KOPE-nin son vəziyyəti və MAQATE ilə əməkdaşlıq müzakirə edilib
-
“Anlaşma Rusiyanın neft gəlirlərini azaldacaq”
Ursula von der Leyen maksimum qiymət anlaşmasını dəyərləndirdi
-
Moskvaya növbəti zərbə
Rusiya neftinə maksimum qiymət müəyyən edildi
Rəsmi İrəvan baş nazir Nikol Paşinyan Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə mayın 22-də keçiriləcəyi gözlənilən görüşə hansı gündəliklə getdiyi barədə məlumat yoxdur.
İlham Əliyev və Nikol Paşinyan arasında Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə daha bir görüşün keçiriləcəyinə dair məlumat mayın 19-da yayılıb.
Bu arada Avropa Şurası xarici işlər nazirlərinin iclasında iştirak edən Ceyhun Bayramov və Ararat Mirzoyan arasında da hər hansı görüşün keçiriləcəyinə dair də məlumat yoxdur.
Bu görüş ərəfəsində tərəflər bir-birlərini artıq əldə olunmuş razılaşmaları uzatmaqda ittiham edirlər.
***
MDB baş nazirlərinin mayın 20-də keçirilən sammitində Azərbaycanın baş naziri Əli Əsədov bildirib ki, Bakı İrəvanla münasibətlərin normallaşdırılmasına hazırdır.
Videoformatda keçirilən bu iclasda Əsədov deyib ki, Azərbaycan tərəfi Ermənistanla sərhədin delimitasiya və demarkasiyası üçün milli komissiyanın tərkibini artıq müəyyənləşdirib.
O əlavə edib ki, Azərbaycan tərəfindən sülh müqaviləsi üzərində iş üçün komissiyanın tərkibi də məlumdur.
İrəvan Ermənistanın müvafiq komissiyalarının tərkibi barədə hələki heç bir açıqlama verməyib.
Azərbaycan baş naziri sözü gedən iclasda habelə deyib ki, Ermənistan 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının bir maddəsini indiyədək yerinə yetirməyib.
Onun sözlərinə görə bəyanatın bu bəndi “bütün erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasını” nəzərdə tutur.
***
Lakin qarşılıqlı ittihamlara baxmayaraq ermənistanlı politoloq Areq Koçinyan deyir ki, mayın 22-də Brüsseldə keçiriləcək görüş ciddi danışıqlar prosesinin başlanğıcı ola bilər: “Ermənistana sülh lazımdır. Sülh Ermənistan üçün bir tələbdir. Lakin hazırkı hakimiyyətin ötəri ictimai əhval-ruhiyyələrə boyun əyib-əyməyəcəyi, təhrikə gedib-getməyəcəyi tamam başqa bir məsələdir. Qeyd olunmalıdır ki, böyük bir ehtimalla kifayət qədər ciddi danışıqlar prosesi gedir. Biz görürük ki, xarici işlər nazirləri arasında ilkin görüşlər olur. Bu görüşlər o vaxt baş verir ki, birinci şəxslərin görüşünədək nələrsə ciddi müzakirə edilməlidir. Odur ki, ola bilsin, Brüsseldə birinci şəxslərin görüşündən nələrisə gözləyə bilərik”.
Lakin politoloq hesab edir ki, söhbət sülh müqaviləsini nəzərdə tutan böyük paketdən getmir: “Mən daha çox belə bir fikrə meyllənirəm ki, söhbət delimitasiya-demarkasiya ətrafında hansısa konkret addımlardan gedir. Bunun üçün iki dəfə tarix göstərilmişdi. Tarixi bir dəfə Avropa, bir dəfə də Rusiya bəyan etmişdi”.
***
Politoloqun fikrincə belə bir təsəvvür yaranır ki, iki platforma – Brüssel və Moskva platformaları rəqabətə giriblər.
Koçinyan deyir ki, iki platforma arasında belə rəqabət Ermənistan üçün çox təhlükəlidir: “Çünki bir tərəfdən bir platformadan – Moskva platformasından böyük asılılıq var, digər tərəfdən mən düşünürəm ki, Ermənistan üçün Avropanın vasitəçiliyi daha sərfəli və daha səmərəli olardı”.