Ermənistana Ukrayna misalı
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
15:23 | 21 may 2022 | Şənbə
Məqaləyə 1108 dəfə baxılıb
Şriftin ölçüsü
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunun tam rus qoşunlarının nəzarətinə keçdiyini açıqlayıb. Məlumatda zavod ərazisində olan ümumilikdə 2439 ukraynalı əsgərin “təslim olduğu” iddia edilir.
Nazirliyin açıqlamasında bildirilir ki, nazir Sergey Şoyqu artıq prezident Vladimir Putinə “əməliyyatın başa çatması, zavodun və Mariupol şəhərinin Ukrayna yaraqlılarından tam azad edilməsi haqqında” məruzə edib.
Açıqlamada Azov alayının komandirinin də təslim olduğu bildirilir, həm də qeyd edilir ki, komandir “Mariupol sakinlərinin nifrətinə və şəhər əhalisinin onu cəzalandırmaq istəyinə görə” xüsusi zirehli maşında zavodun ərazisindən çıxarılıb. Amma rəsmi məlumatda komandirin adı göstərilmir.
Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkovun bəyanatından bir saat əvvəl Rusiyanın 1-ci Kanalı Azov komandiri Denis Prokopenkonun təslim olduğunu bildirib. Hələki Ukrayna tərəfi bu bəyanatı şərh etməyib. Prezident Vladimir Zelenski andiçmənin üçüncü ildönümü ilə bağlı verdiyi müsahibədə zavoddakı hərbçilərin “çıxmaq və xilas etmək hüququna malik olduqları barədə əmr aldıqlarını” deyib.
Prezidentin sözlərinə görə, o, “liderlərinin Rusiya Federasiyası ilə münasibətlərinə görə Türkiyə, İsveçrə, İsrail və Fransa ilə” hərbçilərin çıxarılmasına razılaşıb.
“Baxmayaraq ki, düzünü desəm, mən dəfələrlə başqa dövlətlərin rəhbərləri ilə danışmışam ki, hərbçilərimizi müvafiq silahlarla təmin edək ki, biz bu insanların qarşısını almaq üçün hərbi yolla Mariupola çataq”, – Ukrayna prezidenti bildirib.
“Azovstal”dakı Ukrayna hərbçiləri mayın 16-dan başlayaraq oradan çıxmağa başlayıblar. Onlar Ukrayna ərazisindəki Rusiya ordusunun müşayiəti ilə elə Rusiyanın işğal etdiyi Ukraynanın digər ərazilərə aparılıblar. Ukrayna Baş Qərargahı onların “mübadilə proseduru ilə” geri qaytarılacağını bildirib.
Ukrayna prezidenti hərbçilərin geri qaytarılması işinin “müəyyən vaxt tələb etdiyini” deyib və bildirib ki, “Ukrayna qəhrəmanları Ukraynaya salamat olaraq lazımdır”.
Rusiyanın Dövlət Duması isə “nasist cinayətkarlarından hər hansı birinin mübadiləsini” qanuni olaraq qadağan etməyi və Rusiyada ölüm cəzasının tətbiqinə moratoriumdan istisna etməyi təklif edib.
Mayın 17-də məlum olub ki, Rusiya Baş Prokurorluğu Ukraynanın Azov alayının terrorçu təşkilat kimi tanınması və ölkədə fəaliyyətinin qadağan edilməsi üçün Ali Məhkəməyə müraciət edib.
Azov alayı və digər Ukrayna birləşmələrinin döyüşçüləri martın əvvəlindən mühasirədə olan və “Azovstal” metallurgiya zavodunda blokadaya alınmış liman şəhəri Mariupolun müdafiəsini həyata keçirib.