33 maddədə 56 dəyişiklik
Qazaxıstandakı referendum prezident seçkisinin repitisiyasıdır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İlk hal 11 il əvvəl yaşanıb
Ərazidəki insanlar sərxoş olub yatırlar
-
Qazaxıstan referenduma gedir
Ölkə başçısı AES tikintisi üçün xalqın razılığını istəyir
-
“Ölkəmiz buna öyrəşə bilməz”
İkinci Dünya Müharibəsindən sonra yaşanan ilk kansleri üzüb: “Bizim üçün də ağrılıdır”
-
Dombra – qəlb sazından çıxan səda
“Astana Opera”nın Bakıya qastrolu
-
... Bakıda Qazaxıstan filmləri nümayiş olunub
İki ölkə arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə ...
-
Əliyev Tokayevi təbrik etdi
Azərbaycan Prezidenti Qazaxıstanlı həmkarına məktub göndərib
-
... Tokayev 7 ildə nələr edəcək?
“Ədalətli Qazaxıstan – hamı və hər kəs üçün” şüarıyla ...
-
Tokayev qalibdir
Qazaxıstan prezidenti səslərin beşdə birindən çoxunu qazanıb
-
“Bölgə ölkələri asılı olmamalıdır”
Vaşinqtonun nəzəri Mərkəzi Asiyadadır
-
Qazaxıstanın seçimi
Tokayev hərbi doktrinanı da dəyişdirib
-
Türk dövlətlərinin NATO-su
Bu təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil
-
“Marşrutun potensialı tam reallaşdırılmayıb”
İki yol arasında fərq 500 km-ə yaxındır
-
“Bölüşmədiyimiz dəyərlərin yayılması...”
Qazaxıstanda “Lightyear” filmi qadağan edilir
-
Daş qayaya rast gəldi
Rusiya Qazaxıstanın qabağından geri çəkildi
-
Qazaxıstanda etiraz
Aksiya iştirakçıları antihökumət mitinqlərinin dağıdılması zamanı həlak olanlar üçün ədalət tələb edir
-
Xəzərin dibi ilə neft kəməri
Tokayev neft tranzitini Rusiyadan yan keçirmək istəyir
Bu gün Qazaxıstanda ölkənin əsas qanununa dəyişikliklərlə bağlı referendum keçirilir. Bu, ölkə prezidenti Qasım-Comərd Tokayevin şəxsi təşəbbüsüdür və çoxları hesab edir ki, bu referendumda hakimiyyət xalqı dövlət başçısına dəstək ifadə etməyə dəvət edir.
Ekspertlərin fikrincə, yanvar etirazlarını KTMT qoşunlarının köməyi ilə yatırdıqdan sonra Tokayev bu yolla xalq arasında nüfuzunu bərpa etməyə cəhd göstərir.
Bu, Qazaxıstanda müstəqillik əldə etdikdən sonra üçüncü referendumdur.
Qazaxıstanlılar bu dəfə referendumda paket şəklində, yəni bütün düzəlişlərin lehinə və ya əleyhinə birlikdə səs verməldirlər.
Ümumilikdə, ölkənin əsas qanununun 33 müxtəlif maddəsində 56 dəyişiklik səsverməyə çıxarılıb.
Qazaxıstanlıların əksəriyyəti budəfəki referendumu Nursultan Nazarbayevi “elbaşı” titulundan və digər imtiyazlardan məhrum etmək proseduru kimi əsasən görür.
30 ilə yaxın müddət ərzində hakimiyyətdə olan ölkənin birinci Prezidenti keçən il Qazaxıstan Xalqları Assambleyasının sədrliyindən, bu ilin yanvarında baş verən etiraz aksiyaları zamanı isə Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən istefa verib
Bundan sonra o, uzun müddət görünməyib və yalnız referendum ərəfəsində “Kommersant” qəzetinə müsahibə verib. Nazarbayev referendumda Tokayevi dəstəkləyəcəyini vəd edib və bildirib ki, bundan sonra qlobal nüvə təhlükəsizliyi məsələləri ilə məşğul olmaq barədə düşünür.
Tokayev referendumda Nazarbayev tərəfindən əvvəllər ləğv edilmiş Konstitusiya Məhkəməsinin bərpasını təklif edir, lakin eyni zamanda, məhkəmənin sədrini təyin etmək və hakim müavinlərini təsdiq etmək səlahiyyəti dövlət başçısında qalır.
Beləliklə, Prezident ali baş komandan vəzifəsi, parlamenti buraxmaq, hökumət üzvlərini təyin etmək, yüksək rütbəli hakimləri vəzifəyə təyin etmək və vəzifədən kənarlaşdırmaq hüququ kimi keçmiş səlahiyyətlərinin əksəriyyətini özündə saxlayır. Ancaq təklif olunan dəyişikliklərdə demokratiyaya, o cümlədən qanunvericiliyin humanistləşdirilməsinə dair işarələr də var.
Konstitusiya islahatı parlament seçkilərində iştirak edən partiyalar üçün qeydiyyat həddinin 4 dəfə azaldılmasını nəzərdə tutur.
İndi qeydiyyatdan keçmək üçün partiyalar 20 min yox, cəmi 5 min imza toplamalı olacaqlar. Qazaxıstanda yüksək qeydiyyat həddi müxalifət partiyalarının parlamentə yolunu əngəlləyən əsas problemlərdən biri hesab olunur.
Konstitusiyaya edilən dəyişikliklərdən biri də ölüm hökmünün qadağan edilməsini nəzərdə tutur. Qanunvericiliklə Qazaxıstanda ölüm hökmü 2021-ci ilin dekabrından ləğv edilib, lakin bu, konstitusiyada göstərilməyib.