
Paşinyanın böyük savaşı
Ermənistan tarixində ilk dəfə hakimiyyətlə diaspor və kilsə arasında dərin çatlar yarandı
Ermənistan tarixində ilk dəfə hakimiyyətlə diaspor və kilsə arasında dərin çatlar yarandı
Baş yepiskop həbs olundu
Rusiyanın əlaltılarından daha biri Paşinyana qarşı çıxdı...
Azərbaycanın axtarışa verdiyi Karapetyan İrəvanda həbs olunub
Paşinyan kilsəyə müharibə elan etdi
İrəvandakı siyasətçilər üçün adiləşən “U” dönüşü
Paşinyan Azərbaycan xalqını təbrik etdi
Provokotiv sula verən tələbələrin “ideya babası” ruslardır
Paşinyanın sözləri Ermənistan müxalifətini narahat edib
Ermənistan baş nazirinin Naxçıvan və Zəngəzurla bağlı fikirlərində irəliləyiş yoxdur
Ermənistan baş naziri: “Sülh sazişini imzalamaq imkanını əldə verməməliyik”
Köçəryanın inkişaf xətti ilə Lavrovun bəyanatındakı oxşarlıq
Paşinyanın İTV-yə müsahibəsi və Azərbaycanın real niyyəti
... Yaxud türklərə nifrətin pik nöqtəsi
Köçəryan-Sərkisyan müttəfiqliyi ilə Ermənistan baş nazirinin devrilməsi ehtimalları yoxdur
Cinayət işi Ohanyanın oğluna açıldı
Ermənistanda vəziyyət gərgindir. Nikol Paşinyan hökuməti istəyir ki, Ermənistanla Azərbaycan və Türkiyə arasında münasibətlər normallaşsın. Sirr deyil ki, Ermənistanın hazırkı iqtidarı Dağlıq Qarabağı Azərbaycanın bir parçası kimi qəbul edir. Azərbaycandan yeganə istədiyi odur ki, Qarabağ ermənilərinə mədəni muxtariyyət tipli bir şey verilsin.
Nikol Paşinyanın bu yanaşması ABŞ, Avropa Birliyi, Böyük Britaniya, İsrail, Türkiyə və Azərbaycan tərəfindən dəstəklənir. Rusiya və İran isə buna qarşıdır. Eyni zamanda, Ermənistandakı revanşist qüvvələr, yəni Qarabağ klanı və Dağlıq Qarabağdakı ermənilərin bir hissəsi, erməni diasporundakı çoxluq Nikol Paşinyanın problemin həllinə olan bu yanaşmasına müxalif mövqe sərgiləyir.
Gördüyünüz kimi, qüvvələr nisbəti ciddi şəkildə Nikol Paşinyanın xeyrinədir. Ancaq Baş Nazirə qarşı olan müqaviməti də heç saymaq yanlış olardı. Ona görə də Nikol Paşinyan bu planı ehtiyatla həyata keçirməyə çalışır.
Ermənistan ya Türkiyə və Azərbaycanla anlaşmalıdır, ya da müharibənin yeni mərhələsi qaçılmaz olacaq. Yəni erməni xalqı sülh ilə müharibə arasında seçim etməlidir. Edibdir də. Nikol Paşinyana səs verməklə mövqeyini ortaya qoyub.
Ancaq dediyim kimi, ortada ciddi müqavimət də var. Bəs bu müqaviməti necə neytrallaşdırmaq olar? Mənim baxışıma görə, Nikol Paşinyan bu məsələni referenduma çıxarmaqla revanşist müxalifəti birdəfəlik susdura bilər. Əminəm ki, erməni xalqı Türkiyə və Azərbaycanla anlaşmağın tərəfdarıdır. Və bu məsələ ilə bağlı referendum keçirilsə, müxalifət biabırçı duruma düşəcək.
Nikol Paşinyan və tərəfdarları belə bir referendumun keçirilməsi haqqında düşünürmü? Məncə, yox. Hər halda mən Ermənistan mətbuatında belə bir şey görmürəm. Ancaq Azərbaycan tərəfi bu ideyanı “pas” kimi Ermənistan tərəfə ötürə bilər.
Təbii ki, bu təklifi irəli sürməzdən öncə Azərbaycan rəsmiləri Türkiyə ilə məsləhətləşmə keçirməlidir. Əgər belə bir təklifin Türkiyə və Azərbaycan adından səsləndirilməsi məqbul hesab olunarsa, bu məsələni gündəmə gətirmək olar.
Hazırda vəziyyət belədir ki, Ermənistan-Türkiyə-Azərbaycan münasibətlərinin pozitiv şəkildə formalaşması prosesi Rusiyaya söykənən erməni müxalifətinin nəzarəti altındadır. Bu prosesi nəyin bahasına olursa olsun erməni müxalifətinin nəzarətindən çıxarmaq lazımdır.
Yəni prosesi öz axarına buraxmaq olmaz. Azərbaycanın və Türkiyənin ağıllı başları prosesə müdaxilə edib hadisələrin gedişini öz xeyrinə istiqamətləndirməyi bacarmalıdır. Bunun üçün də real imkanlar var. Bu imkanları əldən vermək olmaz.