vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
REGİON  
10:47 | 6 iyun 2022 | Bazar ertəsi Məqaləyə 872 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tokayevin səlahiyyətləri azaldı

56 dəyişikliyə 77 faiz “hə” dedi

AYXAN

MÖVZU İLƏ ƏLAQƏLİ

İlkin nəticələrə əsasən Konstitusiyaya düzəlişlərin lehinə seçicilərin 77,18 faizi, əleyhinə isə 18,66 fazi səs verib. Bülletenlərin 2,58 faizi etibarsız sayılıb, səslər hesablanarkən bülletenlərin 1,58 faizi nəzərə alınmayıb.

Qeyd edək ki, referendumda konstitusiyaya 33 maddədə 56 dəyişiklik səsə qoyulub. Ümumilikdə, dəyişikliklər Qazaxıstan konstitusiyasının üçdə birinə əhatə edir.

Ölkənin əsas qanununa edilən dəyişikliklər prezident üçün bir sıra məhdudiyyətləri nəzərdə tutur. Belə ki, bir nəfər ardıcıl iki dəfədən artıq prezident seçilə bilməyəcək və səlahiyyət müddəti ərzində partiya mənsubiyyəti olmayacaq. 

Bundan başqa, prezidentin qohumları dövlət strukturlarında rəhbər vəzifələr tuta bilməyəcəklər. Həmçinin Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin adı konstitusiyanın mətnindən çıxarılacaq.