“Elbaşı” statusu tarix oldu
Yeni dəyişikliklər Nazarbayevi əksər imtiyazlardan məhrum etdi
Dadaş ƏHMƏDLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İlk hal 11 il əvvəl yaşanıb
Ərazidəki insanlar sərxoş olub yatırlar
-
Qazaxıstan referenduma gedir
Ölkə başçısı AES tikintisi üçün xalqın razılığını istəyir
-
“Ölkəmiz buna öyrəşə bilməz”
İkinci Dünya Müharibəsindən sonra yaşanan ilk kansleri üzüb: “Bizim üçün də ağrılıdır”
-
Dombra – qəlb sazından çıxan səda
“Astana Opera”nın Bakıya qastrolu
-
... Bakıda Qazaxıstan filmləri nümayiş olunub
İki ölkə arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə ...
-
Əliyev Tokayevi təbrik etdi
Azərbaycan Prezidenti Qazaxıstanlı həmkarına məktub göndərib
-
... Tokayev 7 ildə nələr edəcək?
“Ədalətli Qazaxıstan – hamı və hər kəs üçün” şüarıyla ...
-
Tokayev qalibdir
Qazaxıstan prezidenti səslərin beşdə birindən çoxunu qazanıb
-
“Bölgə ölkələri asılı olmamalıdır”
Vaşinqtonun nəzəri Mərkəzi Asiyadadır
-
Qazaxıstanın seçimi
Tokayev hərbi doktrinanı da dəyişdirib
-
Türk dövlətlərinin NATO-su
Bu təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil
-
“Marşrutun potensialı tam reallaşdırılmayıb”
İki yol arasında fərq 500 km-ə yaxındır
-
“Bölüşmədiyimiz dəyərlərin yayılması...”
Qazaxıstanda “Lightyear” filmi qadağan edilir
-
Daş qayaya rast gəldi
Rusiya Qazaxıstanın qabağından geri çəkildi
-
Qazaxıstanda etiraz
Aksiya iştirakçıları antihökumət mitinqlərinin dağıdılması zamanı həlak olanlar üçün ədalət tələb edir
-
Xəzərin dibi ilə neft kəməri
Tokayev neft tranzitini Rusiyadan yan keçirmək istəyir
İlkin məlumatlara görə, iyunun 5-də keçirilən referendumda Qazaxıstan Konstitusiyasına dəyişiklikləri səs verənlərin 77,18 faizi dəstəkləyib. Nur.kz saytı xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Dəyişikliklərə referendum iştirakçılarının 18,66 faizi etiraz edib. Bülletenlərin 2,58 faizi etibarsız sayılıb. Orada hər iki cavab seçildiyindən səslərin hesablanması zamanı bülletenlərin 1,58 faizi nəzərə alınmayıb. Tengrinews.kz saytı isə Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, referendumda seçici fəallığı 68,06 faiz təşkil edib. Referendumda iştirak edən MDB müşahidəçiləri yalnız “xırda” pozuntular barədə məlumat veriblər.
Aprelin sonunda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum Qazaxıstan prezidenti Qasım-Comərd Tokayevin təşəbbüsü ilə keçirilib. Ölkə əhalisi Konstitusiyanın 33 maddəsinə 56 düzəlişin lehinə səs verməyə dəvət olunub. Dəyişikliklərin mətni mayın əvvəlində dərc edilib.
Konstitusiyaya təklif olunan dəyişikliklər Qazaxıstanın super-prezident respublikasından güclü parlamentli prezident respublikasına keçidini nəzərdə tutur. Dəyişikliklər, həmçinin, ölkənin birinci prezidenti Nursultan Nazarbayevi əksər imtiyazlardan, o cümlədən “elbaşı” və ya “millət lideri” statusundan məhrum edir. Bundan başqa, prezidentin qohumlarına dövlət strukturlarında rəhbər vəzifələr tutmağı qadağan edir, Konstitusiya Məhkəməsinin yaradılmasını, insan hüquqları üzrə ombudsman statusunun möhkəmləndirilməsini və ölüm hökmünün tam qadağan edilməsini təklif edir.
Xatırladıram ki, 2022-ci ilin yanvarında Qazaxıstanda qazın bahalaşmasına etirazlarla başlayan iğtişaşlar baş vermişdi. İğtişaşlar zamanı 200-dən çox insan həlak olub. İğtişaşları yatırtmaq üçün Tokayev KTMT ölkələrinin silahlı qüvvələrini dəvət etmişdi. Nəticədə Nazarbayev Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən uzaqlaşdırdı və birinci prezidentin bir çox qohumlarını rəhbər vəzifələrdən məhrum edildilər. İndi də Nazarbayevin son vəzifəsi əlindən alındı. Qaldı bircə paytaxtın adını dəyişmək.