vaxtlı-vaxtında oxuyun! Cümə, 19 avqust 2022
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ELM-TEXNİKA  
19:52 | 12 iyun 2022 | Bazar Məqaləyə 362 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Plastik yeyən superqurd

“Zophobas morio” emal sənayesində inqilab ola bilər

Tədqiqatçılara görə, plastiklə qidalanan həşərat sürfələrinin növü bu materialdan olan tullantıların təkrar emal sənayesinin inkişafını köklü sürətdə təkmilləşdirməyə kömək edə bilər. Avstraliyalı alimlər plastik yeməyi sevən bir qurd növünün təkrar emal sənayesində inqilab edə biləcəyini söyləyirlər.

Daha çox superqurd kimi tanınan “Zophobas morio”nun plastikin xammalı olan polistiroldan ibarət bir pəhrizdə yaşaya biləcəyi müəyyən edilib.

Alimlərin gəldiyi nəticəyə əsasən, bu qurd növü plastiki bağırsağındakı bir fermentin hesabına həzm edə bilir.

Araşdırmanı aparan tədqiqatçılardan biri doktor Kris Rinke bu kəşfin  təkrar emal sahəsində inqilab yarada biləcəyini düşünür.

Rinke, “Superqurdlar kiçik təkrar emal fabriklərinə bənzəyir. Onlar polistirolu gəmirib üyütdükdən sonra onu bağırsaqlarındakı bakteriyalara yem kimi ötürür”.

Bu araşdırmada “Queensland” Universitetinin tədqiqatçıları 3 həftə ərzində üç fərqli qurd növünü müxtəlif pəhriz əsasında yemləndiriblər. Nəticədə, polistirolla qidalanan qurd növlərinin kökəldiyi müşahidə edilib.

Tədqiqat qrupu superqurdun bağırsağındakı bir neçə fermentin polistirol və stirolu parçalayıb əridə  bildiyini aşkar edib.

Polistirol və stirola avtomobilin ehtiyat hissələri və izolyasiya materialları kimi məhsullarda tez-tez rast gəlinir.

Eyni zamanda tədqiqatçılar qeyd edirlər ki, araşdırmanın nəticələrindən irəli gələrək hazırkı mərhələdə təkrar emal məqsədləri üçün nəhəng superqurd tarlalarının yaradılması nəzərdə tutulmur.

Bunun əvəzinə qurdların bağırsağındakı fermentin aşkar edilərək təkrar emal üçün kütləvi şəkildə istehsal ediləcəyinə daha böyük ümidlər var.

“Microbial Genomics” jurnalında dərc edilən araşdırmaya görə, daha perspektivli üsul kimi plastik materialı əvvəlcə mexaniki yolla parçalamaq, sonra isə ferment hopduraraq emal edilməsi təklif olunur.

“Bu reaksiyanın məhsulları daha sonra bioplastik kimi qiymətli materialların istehsalı üçün digər mikroblar vasitəsilə emal oluna bilər”, – doktor Rinke deyib.

Keçmişdə aparılan bəzi digər araşdırmalar da müəyyən növ qurdların polistirolu həzm edə biləcəyini göstərib. Lakin son araşdırma qalanlardan bir addım da irəli gedib, Avstraliya Milli Universitetinin araşdırmaçı professoru Kolin Cekson qeyd edir.

“Bu tədqiqat bizə superqurdların bağırsaqlarında olan fermentin plastik materialları molekulyar səviyyədə necə həzm etdiyini anlamağa kömək edir”, professor Cekson söyləyib.

Onun qənaətinə görə, eyni prinsip təkrar emal sənayesində də tətbiq oluna bilər.

Bakteriya və göbələklərin plastikləri parçalama qabiliyyəti bir sıra digər elmi tədqiqatlarda da araşdırılıb.

Bununla belə, bir çoxları bu cür texnologiyaların təkrar emal sənayesində rentabelli ola biləcəyinə şübhə ilə yanaşır.

“Bu kimi tədqiqatların nəticələrinin sənaye miqyasında praktik tətbiqi həmişə çətin olur”, professor Cekson qeyd edib.