Qazaxıstan separatçıları tanımır
Tokayev: “Onda gərək dünyada 500-600 dövlət olaydı”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İlk hal 11 il əvvəl yaşanıb
Ərazidəki insanlar sərxoş olub yatırlar
-
Qazaxıstan referenduma gedir
Ölkə başçısı AES tikintisi üçün xalqın razılığını istəyir
-
“Ölkəmiz buna öyrəşə bilməz”
İkinci Dünya Müharibəsindən sonra yaşanan ilk kansleri üzüb: “Bizim üçün də ağrılıdır”
-
Dombra – qəlb sazından çıxan səda
“Astana Opera”nın Bakıya qastrolu
-
... Bakıda Qazaxıstan filmləri nümayiş olunub
İki ölkə arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə ...
-
Əliyev Tokayevi təbrik etdi
Azərbaycan Prezidenti Qazaxıstanlı həmkarına məktub göndərib
-
... Tokayev 7 ildə nələr edəcək?
“Ədalətli Qazaxıstan – hamı və hər kəs üçün” şüarıyla ...
-
Tokayev qalibdir
Qazaxıstan prezidenti səslərin beşdə birindən çoxunu qazanıb
-
“Bölgə ölkələri asılı olmamalıdır”
Vaşinqtonun nəzəri Mərkəzi Asiyadadır
-
Qazaxıstanın seçimi
Tokayev hərbi doktrinanı da dəyişdirib
-
Türk dövlətlərinin NATO-su
Bu təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil
-
“Marşrutun potensialı tam reallaşdırılmayıb”
İki yol arasında fərq 500 km-ə yaxındır
-
“Bölüşmədiyimiz dəyərlərin yayılması...”
Qazaxıstanda “Lightyear” filmi qadağan edilir
-
Qazaxıstanda etiraz
Aksiya iştirakçıları antihökumət mitinqlərinin dağıdılması zamanı həlak olanlar üçün ədalət tələb edir
-
Xəzərin dibi ilə neft kəməri
Tokayev neft tranzitini Rusiyadan yan keçirmək istəyir
-
Rusiya ilə Qazaxıstan arasında nə baş verir?
Tokayevin separatçıları Putinin yanında “kvazi dövlətlər” adlandırması Moskvada qıcıq doğurub
Qazaxıstan prezidenti Kasım Jomart Tokayev Peterburqda Vladimir Putinin iştirakilə keçirilən beynəlxalq iqtisadi forumunun plenar iclasında deyib ki, onun ölkəsi Ukraynada Rusiyanın dəstək verdiyi qondarma Donetsk və Luqansk “xalq respublikalarının” – DXR və LXR-in müstəqiliyini tanımır.
Tokayev bu bəyanatı plenar iclasın moderatoru, RT telekanalının baş redaktoru Marqarita Simonyanın sualına cavab olaraq səsləndirib.
Tokayev bildirib ki, Ukraynadakı müharibəyə Qazaxıstan cəmiyyətində müxtəlif baxışlar var, çünki bu, inkişaf etmiş vətəndaş cəmiyyətidir.
***
Qazaxıstan prezidenti DXR və LXR-dən danışarkən deyib ki, burada BMT Nizamnaməsinin iki prinsipi – xalqların öz müqəddəratını təyin etməsi və ölkələrin ərazi bütövlüyü prinsipləri ziddiyyətə daxil olub:
“Hesablayıblar ki, öz müqəddəratını təyin etmək prinsipi bütün dünyada tətbiq olunsa, 193 dövlətin yerində 500-600 dövlət yaranar. Bu, xaos olardı. Bu səbəbdən də biz nə Tayvanı, nə Kosovonu, nə Cənubi Osetiyanı, nə də Abxaziyanı tanımırıq. Bizim nəzərimizcə bu yanaşma Luqansk və Donets kimi kvazidövlətlərə də şamil olunmalıdır”.
Tokayevin bəyanatları elə həmin iclasda danışan Putinin dedikləri ilə uyğun gəlməyib.
Putin bundan az əvvəl demişdi ki, DXR və LXR Ukrayna hökumətindən icazə almalı deyildilər.
Rusiya prezidenti sözünə qüvvət olaraq Kosovonu misal gətirib.
Bu da qeyd olunmalıdır ki, Rusiyanın özündə ölkənin ərazi bütövlüyünə qarşı yönəlmiş hərəkətlər cinayət əməli hesab olunur.
Bu cür hərəkətlərə görə Cinayət Məcəlləsində 5 ilədək həbsxana cəzası nəzərdə tutulur.
***
Tokayev bunu da qeyd edib ki, bəzi Rusiya millət vəkillərinin, jurnalist və mədəniyyət xadimlərinin Qazaxıstan haqqında səsləndirdikləri bəyanatlar “destruktiv qüvvələrin dəyirmanına su tökür”.
Qazaxıstan prezidenti bildirib ki, bu məsələni Putinlə söhbətində qaldırıb.
Bu məqamda Marqarita Simonyan deyib ki, Tokayevin dedikləri ilə razıdır və hətta onun nəzərdə tutduğu adamlardan birini şəxsən tanıyır.
Belə görünür ki, Simonyan öz əri Tiqran Keosayanı nəzərdə tuturdu.
Çünki Keosayan Qazaxıstanda 9 may paradının keçirilməməsi ilə bağlı Qazaxıstan hakimiyyətini “nankorluqda” və “satqınlıqda” ittiham etmişdi.
Bundan sonra Qazaxıstan XİN Keosayana səfər qadağını qoyub.
Putin Qazaxıstanı “qardaş ölkə” adlandırıb və deyib ki, “Ukrayna hakimiyyəti də özünü belə aparsaydı, xüsusi əməliyyata və bəlkə hətta Krımın ilhaqına da ehtiyac olmazdı”.