

“İndi nüvə danışıqlarını yekunlaşdırmaq lazımdır”
“Şimal axını 1” kəməri ümumi gücünün 20 faizinə düşüb
Hökumətin son bəyanatları Avro-Atlantik üzvlük hədəfindən “yayınmaq niyyəti” güdə bilər
Rusiya casuslarının yarısı Avropadan qovulub
Həmin dövlətlərin səfirlikləri işçi sayını azaltmalı olacaqlar
Brüssel Moskvaya cavab olaraq 15 faizlik qənaət təklif edir
Ukraynaya müdaxiləsi ilə bağlı Moskva üzərinə yeni sanksiyalar qəbul edilib
Robert Sekuta: “Azərbaycanın təbii qazı Avropanın enerji təhlükəsizliyinə vacibdir”
Avropa İttifaqı Rusiyanın qazı kəsməsı təhlükəsi fonunda bəyanat yaydı
Avropa İttifaqı Rusiyaya qarşı yeddinci sanksiyalar paketini təsdiqləyib
Avropa İttifaqı və Azərbaycan arasında Əməkdaşlıq Şurasının toplantısı iclası olub
Avropa Rusiyadan qazın çatdırılmasının bərpa olunmayacağına hazırlaşır
Moskva Bakıya əngəl ola bilməyəcək
İqlim dəyişikliyi isti dalğalarının daha intensiv olmasına səbəb olur
“Sözümüz imzamız qədər keçərlidir” deyimi ölkəyə qazandırılan obrazın cizgiləridir
Avropa İttifaqı ilə imzalanan sənəd Bakı üçün qoruyucu rolunu oynayır
Bu gün Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı Brüssel gündəliyinə aid məsələlər müzakirə olunub. Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunması Avropa üçün prioritet olaraq qalmaqdadır. Telefon danışığında bu bir daha qeyd olunub.
Aİ Cənubi Qafqaz ölkələrinin əsas ticarət tərəfdaşı olaraq qalmaqdadır. Belə ki, Aİ-nin ümumi ticarət dövriyyəsində payı Azərbaycanda 36.7, Gürcüstanda 23.9, Ermənistanda 18.0 faizdir. İttifaq pandemiyadan əvvəlki il, yəni 2019-cu ildə Azərbaycanda 2.6, Gürcüstan 1.2, Ermənistanda isə 1.0 milyard avro sərmayə qoyuluşu həyata keçirib.
Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi ötən il 15 milyard dollaradək yüksəlib. Bütövlükdə ixracatımızın təxminən 48 faizə yaxını İtaliyaya yönəlib. Bu isə Avropa İttifaqının Azərbaycan üçün əsas ticarət və iqtisadi tərəfdaş olduğunu göstərir. Eyni zamanda Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin 2/3-i isə Azərbaycanın payına düşür. Bu baxımdan Azərbaycan da Cənubi Qafqazda Avropa İttifaqının əsas ticarət tərəfdaşıdır.
Bölgədə və eləcə də dünyada formalaşan yeni düzən fonunda Avropa İttifaqının Azərbaycana dəstəyinin daha da artması müşahidə olunur. Qurum iqtisadi əlaqələri genişləndirməklə yanaşı, işğaldan azad olunmuş ərazilərin minalardan təmizləməsi, itkin düşmüş şəxslərin tapılması, o cümlədən bərpa və quruculuq işlərində ölkəmizə daha yaxından dəstək olmağı planlaşdırır.
Son Brüssel görüşləri və qarşılıqlı telefon zəngləri də təsdiq etdi ki, münaqişənin həllinə ən çox dəstək ola biləcək qurum məhz Avropa İttifaqıdır. Bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi regionda daha qısa zamanda sülhün formalaşdırılmasına xidmət edir. Digər tərəfdən, həm Azərbaycan, həm də Ermənistan münaqişənin həllində Avropaya etimad göstərirlər. Bu da sülhün əldə edilməsi imkanlarını genişləndirməklə yanaşı, prosesin daha intensivləşməsinə xidmət edir.
Azərbaycan hər zaman Avropa ilə əməkdaşlığın geclənməsinə önəm verir. Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əlaqələrin dərinləşməsi, köhnə qitənin enerji təhlükəsizliyinin formalaşmasında ölkəmizin rolunun və əhəmiyyətinin daha da artması, Aİ Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar və qurumun bölgədə dayanıqlı stabilliyin əldə edilməsində rolunun artması da bundan xəbər verir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu da artmaqdadır. Ötən il ölkəmizdə 43,9 milyard kub metr mavi qaz hasil olub. Bu, 2018-ci illə müqayisədə 1,5 dəfə çoxdur. Eyni zamanda 2018-ci illə müqayisədə Azərbaycan mavi qaz ixracatını da 2 dəfə artırıb. Artıq Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya mavi qaz nəqli həyata keçirilir. Ötən il Avropa İttifaqına 9 milyard kub metrə yaxın mavi qaz nəqli həyata keçirilib. Bu il bu rəqəmin 10 milyard kub metrdən artıq olacağı gözlənilir. Bu isə ondan xəbər verir ki, Azərbaycan da Avropa İttifaqının enerji təhlükəsizliyinin formalaşmasında artıq yeni alternativ mənbədir. Təbii ki, bu, tərəflər arasında əməkdaşlığın strateji xətlə inkişaf edəcəyindən xəbər verir. Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq strateji xarakter daşıyır.