vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
TOP OYUNLARI  
10:14 | 20 iyul 2022 | Çərşənbə Məqaləyə 3621 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nə qədər tullanmaq-düşmək olar?

“Sonradan meydana çıxma elə də asan bir şey deyil”

Kənan MƏSTƏLİYEV

Hoca hələ bir ay əvvəl əvəzetmələr barədə fikrini mənə müsahibəsində demişdi. Adam xoşlamır bunu, etiraf da edir. Dünən Toralla Ramilin meydana girib lazımi effekti verməməsinin (hərçənd “Lex”lə oyunda hər şey yaxşı idi və uğurlu alınmışdı) izahını hələ o vaxt vermiş, hətta deyərdim proqnozlaşdırmışdı:

“Əvəzetmələri heç xoşlamıram, çünki sonradan meydana çıxma elə də asan bir şey deyil. Hər futbolçunun fiziologiyası fərqlidir. Mənim özümdə də olub: sonradan meydana buraxıblar, bir-iki sprintdən sonra ayaqlarım “tutulub”. İsinmə hərəkətlərini yetərli deyil, çünki yeknəsək hərəkətlərdi: nə qədər tullanmaq-düşmək olar? İsinirsən, amma meydanın kənarından birbaşa meydanın içinə girirsən. Bu tərs effekt də verə bilər. Bir var ki, hamı ilə birlikdə isinməyə çıxdın, komanda ilə məşq etdin, bir uzun ötürmə verdin, bir dəfə qapıya zərbə vurdun və s. Bu zaman orqanizm tam hazır olur, uyğunlaşır. Bir də var ki, sən kənardasan, isinmə elədin və birdən-birə girdin meydana. Ola bilər ki, sənin orqanizmin buna cavab verməsin. Belədə də, oyunçu sənin məşqçi olaraq düşündüyünü icra edə, tapşırıqlarını yerinə yetirə bilmir və sən burda məğlub olursan. Əvəzetmələr nadir hallarda uğurlu olur. Məndə də olur, amma az halda”.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)