İran müharibəsində qazanan İslamabaddır
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
12:45 | 12 sentyabr 2022 | Bazar ertəsi
Məqaləyə 4941 dəfə baxılıb
Şriftin ölçüsü
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Tramp hücuma hazırlaşır
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
İranda kimin hakimiyyətdə olacağı Vaşinqtonu maraqlandırmır – təki anlaşsınlar
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
Bakı-Ankara-Tehran uzlaşması ABŞ-ın regiona baxışını dəyişər
Pezeşkian xəbərdarlıq etdi
“İran raketlər üçün nüvə başlığı axtarışındadır”
Rejimin ən çox qorunan şəxslərdən birinin qətli SEPAH-ın rüsvayçı uğursuzluğu idi
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
İsrailin kəşfiyyat və daxili təhlükəsizlik təşkilatı “Şin Bet”in rəhbəri Ronen Barr İslam Respublikasını Yaxın Şərqdəki problemlərin əsas səbəbi adlandırıb. O, mümkün nüvə razılaşmasına görə Tehrana qarşı sanksiyaların aradan qaldırılmasının böyük təhlükə yaradacağı barədə xəbərdarlıq edib.
“İran təkcə nüvə problemi deyil, Yaxın Şərqin əsas problemidir. İordan çayının qərb sahilində bir çox problemlərin və Qəzza zolağında son münaqişənin səbəbkarı İrandır”, – deyə o, İsrailin baş naziri Yair Lapidin Almaniyaya səfəri ilə eyni vaxta təsadüf edən çıxışında bildirib.
Ronen Barr qeyd edib ki, adi müharibələr və nüvə rəqabəti erası arxada qalıb və yeni dövrdə terrorçular sosial şəbəkələrdən və alqoritmlərdən istifadə edərək ictimai rəyin Qərb dünyasına münasibətini dəyişdirməyə yönəlib.
“Şin Bet” rəhbəri vurğulayıb ki, İsrail şiə və fələstinli qrupların təhlükəsi ilə mübarizə aparmaq üçün müxtəlif kiber sahələrdə texniki bacarıqlarını genişləndirmək məcburiyyətindədir.
Qeyd edək ki, nüvə sazişinin canlandırılması perspektivi qeyri-müəyyən olsa da, israilli jurnalist Barak Ravid yüksək rütbəli İsrail rəsmisinə istinadən xəbər verir ki, ölkə bu mərhələdə noyabrda Amerikada keçiriləcək aralıq seçkilərə qədər İranla heç bir nüvə sazişi imzalanmayacağına inanır.
Almaniyaya səfər edən İsrailin baş naziri Yair Lapid Berlinə yola düşməzdən əvvəl nüvə sazişini imzalayan üç Avropa dövlətinə bu nüvə sazişini canlandırmaq üçün danışıqlarda “həlledici mövqe” tutduqlarına görə təşəkkür edib və İsrailin bu ölkələrə İranın nüvə fəaliyyətləri ilə bağlı yeni məlumatlar verdiyini bildirib.