
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
İki gün öncə Baltik Dənizində “Şimal Axını-1” və “Şimal Axını-2” boru kəmərlərinin partladılması dünyada yeni, çox təhlükəli, heç bir qayda tanımaz şərait yaradır. Partlayışın kimlər, hansı ölkə tərəfindən törədilməsindən asılı olmayaraq bu çox təhlükəli presedentdir. Əgər dünyada indi həm də “infrastruktur müharibələri” başlasa, zatən xaotik durumda olan vəziyyət daha da mürəkkəbləşəcək, zatən pandemiya ilə mübarizədən başlayan iqtisadi böhran daha da dərinləşəcək.
Görünən odur ki, hər bir ölkə öz başının çarəsinə özü qalmalıdır. Azərbaycan öz həyati əhəmiyyətli infrastruktur və kommunikasiya xətlərinin daha da ciddi qorunması məsələsini həll etməli, bunun üçün Türkiyə, Britaniya və İsrail ilə (Türkiyə xətlərin davamı olan ölkə kimi, Britaniya “BP” şirkətinin neft-qaz layihələrinin əsas operatoru olduğu, İsrail isə öz neft ehtiyacının yarıdan çoxunun Azərbaycandan təmin etdiyi üçün) hava məkanımızın tamamən xarici müdaxilələrə bağlanması, yerüstü təhlükəsizlik tədbirlərinin artırılması (məsələn, boru xətləri boyu Türkiyə ilə birgə təhlükəsizlik nəzarətinin gücləndirilməsi və birgə nəzarət məntəqələrinin yaradılması) ilə bağlı qərarlar alınmalıdır. Nə qədər ki, Rusiya Ermənistanda həlledici söz sahibidir, Ermənistan-Azərbaycan sərhədinə yaxın bölgələrdən keçən boru və kommunikasiya xətlərimizə həmişə təhlükə olacaq. 2020-ci ilin yayında Tovuz təxribatı bunun əyani sübutudur.
Dünyada artıq heç bir məsələdə “qırmızı xətlər” qalmayıb. Hətta “soyuq müharibə” zamanı belə kritik enerji infrastrukturları, kommunikasiya xətləri toxunulmaz idi. Hətta Rusiyanın Ukraynaya təcavüzü və apardığı işğalçı müharibə zamanı belə hər iki tərəf Ukraynadan keçən kommunikasiya xətlərinə ziyan vuracaq addımlardan çəkinirdilər. Amma Rusiya Zaparojye AES-ni işğal edib atom təhdidi yaradan gündən bu “qırmızı xətlər” silinməyə başladı.