ƏDV ləğv olunmsunmu?
Aztəminatlı ailələrə yardım üçün mexanizm hazırlanmalıdır
Eldəniz ƏMİROV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ƏDV-dən qazanc dəbə minib...
Mənzil alanda faizin geri qaytarılması şərtləri necədir?
-
10 il vergidən azad ...
Kimlər nağdsız ödəmədə ƏDV-nin 30 faizini geri alacaq?
-
Daşınmaz əmlak alqı-satqısında güzəştlər
Ödənilmiş ƏDV-nin 30 faizi geri qaytarılacaq
-
Kitabsevərlər sevinəcək ...
Vacib məsələ həll olundu, qaldı – tərcümə, termin, oxucu azlığı və istəksizliyi problemi
-
Nazirlər Kabineti siyahını təsdiqlədi
ƏDV-dən azad olunan çap məhsulları
-
Bu il mənfəət vergisi az yığıla bilər
Səbəb nağdlaşdırma üzrə sadələşdirilmiş vergidir
-
«İstəyirlər bazara lap 10 polis qoysunlar»
«Məqsəd qiyməti qaldırmaq yox, aşağı salmaq olmalıdır»
-
8 çətinliyin 1 çıxış yolu
Banklarda nağdlaşdırmaya qarşı qoyulan limit...
-
Nazir problemi yerində həll etdi
Fazil Məmmədov muğan bölgəsində olub, 5 rayonun sahibkarlarının şikayətlərini dinləyib
-
Banan niyə bahalaşdı?
Qiymət Novruz bayramında 2 dəfə qalxıb
-
Yeni bahalaşma dalğası
Dollar qalxır, ölkəyə gətirilən məhsulların qiyməti artır
-
Vergi amnistiyası...
...Yoxsa borcların əsas hissəsinin ödənilməsi qrafiki?
-
«İmkanlı insanlar uşaq böyütmürlər?»
«Milyonlarla pulu olan var ki, xəstələrinə 5 tibb bacısı gəlib xidmət edir»
-
Böhran uzandıqca...
Zərərlə işləyən müəssisələrin sayı artır
-
İnflyasiya 11 faizi keçdi
Ərzaq 12.7, qeyri-ərzaq 15.9, xidmətlər 5.2 faiz olub
-
«Qiymət qalxmalıdır»
«Düzdür qanun qüvvədədir, amma ...»
İqtisadçılarımızdan biri ərzaq məhsulların ƏDV-nin 18 faizdən 2 faizə endirilməsini təklif edəndə bir çox rəsmi şəxslər bunun büdcə daxil olmalarına ciddi mənfi təsir edəcəyini səbəb göstərərək təklifin əleyhinə çıxırdılar. Amma, indi məsələ o qədər ictimailəşdi ki, artıq bəzi rəsmi şəxslər də bu təklifi səsləndirməyə başladı.
Mən isə nə əvvəl, nə də indi tərəflərdən heç birinin dediyi ilə razılaşmırdım. Çünki, onda da, indi də hər iki tərəfin təklifinin mənfi nəticəsi olacağına əminəm. Buna görə də daha effektiv olan 3-cü bir variantı təklif edərdim.
Yəni, büdcəyə daxil olma azalacaq deyə, dəstəyə ehtiyacı olanları dəstəksiz buraxmaq olmaz. Amma eyni zamanda ƏDV-nin ləğvi və ya 2 faizə endirilməsilə uzun müddətli dəstəyin təmin olunacağına da bel bağlamaq olmaz.
Əvvəla ona görə ki, ərzaq ƏDV-sinin ləğvindən az təminatlı ailələrdən az qala 10 dəfə çox imkanlı şəxslər qazanacaqlar. Ayda 200 manat ərzağa pul xərcləyən kasıb 36 manat (18 faiz) qabağa düşəcəksə, ayda 1000 manat xərcləyən 180 manat qabağa düşəcək. Başqa sözlə ƏDV-nın ləğvinə görə büdcəyə daxil olmayacaq vəsaitlərdən imkanlı ailələr daha çox faydalanacaq. Yəni büdcədən kənar qalan 100 manatdan 20-30 manat kasıba 70 manat varlıya qalacaq.
Ona görə də ƏDV-nin ləğv etmək əvəzinə ƏDV-dən daxil olan həmin 100 manatın 50 manatını büdcəyə daxil etmək, digər 50 manatını isə az təminatlı ailələrə yönəltmək olar. Belə olanda, həm az təminatlı insanlar əvvəlkindən daha çox dəstək almış olur, həm də büdcə yararlanmış olur.
Digər bir ən vacib məsələ isə ƏDV-dən azad edilmiş məhsulların uzağı 2-3 ay sonra yenidən bahalaşdırılmaq ehtimalıdır. Yəni, 11 manat 80 qəpiklik bitki yağı ƏDV-dən azad edilib 10 manat olsa, inhisarçılar onun qiymətini qəpik-qəpik qaldıraraq qısa zamanda 2-3 aya ƏDV-li qiymətə çatdıracaqlar. Ad olacaq ki, ƏDV yoxdur, əslində həmin qiymətlə eyniləşəcək. Hələ bu çatışmazlığın hamısı deyil. 1 il sonra isə ƏDV-in yenidən bərpa olunması qərarı veriləndə qalxmış qiymətə 18 faiz əlavə olunanda, real ifadədə 36 faiz bahalanma effekti yaranacaq. Odur ki, ƏDV-ni ləğv etmək yox, ondan əldə edilmiş vəsaitin yarısını dəstəyə ehtiyacı olan ailələrə yönəltmək üçün bir mexanizm hazırlanmalıdır.