
“Snapback”in müəllifi kimdir?
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
Günahkar iqlim dəyişikliyidir?
Fars-molla rejimi artıq oyuncaqlardan da qorxur
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Yaxud istibdadın iki üzü
Sanksiyalardan ən çox ziyan çəkən əhali olacaq
İsrail casusu olduğu iddia edilən 10-cu şəxsi ən ağır cəza cəzalandırıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
İran valyutası rekord həddə ucuzlaşdı
Trampdan kütləvi ixtisarla hədələdi
İranın nüvə proqramı barədə nə bilirik?
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
“İrandakı etirazlarda həbs olunan qadınlar təcavüzə məruz qalır”. Bu barədə CNN hadisə şahidlərinə istinadən məlumat yayıb.
Həbs olunan qadının sözlərinə görə, o, polis məntəqəsində bir gün saxlanılıb və ona da qarşı cinsi zorakılıq əməli törədilib.
Habelə o da qeyd olunub ki, artıq 2 aydan çoxdur davam edən etiraz aksiyalarında ən azı 378 nəfər öldürülüb, xeyli sayda insan yaralanıb və 15 minə yaxın aksiya iştirakçısı həbs olunub.
Həmçinin əlavə olunub ki, aksiyaya qoşulan qadınların həbs olunması üçün videomateriallardan istifadə olunur və hətta aksiyalara qatılmayaraq sosial şəbəkə hesablarında etiraz edənlər də həbs edilir və işgəncələrə məruz qalır.
***
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays İran həbsxanalarında baş verən cinsi təcavüz xəbərlərinə reaksiya verib.
Prays nümayişçilərə, o cümlədən İslam Respublikası hökumət qüvvələrinin nəzarətində olan uşaqlara qarşı hücumlar barədə yayılmış xəbərləri qətiyyətlə pisləyib və cinsi zorakılığı etirazları yatırmaq vasitəsi kimi “cəsur etirazçıları qorxutmaq üçün iyrənc tədbirlər” adlandırıb.
Bazar ertəsi, şahidlərin və yaxşı məlumatlı tibbi mənbələrin ifadələrinə əsaslanan istintaq hesabatında, CNN xəbər kanalı məhbuslara qarşı cinsi qısnama və təcavüz hallarını, cinsi qısnama və zorlama zamanı bəzi qurbanların səssiz qalmalarını təmin etmək üçün çəkilişləri üzə çıxarıb.
Dövlət Departamentinin sözçüsü bəyan edib ki, ABŞ birtərəfli və çoxtərəfli tədbirlər və BMT-yə müraciət etməklə xalqa zülm etdiyinə görə İran hakimiyyətinin cavabdehlik daşımasını tələb edir.