vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AMERİKA  
18:42 | 7 dekabr 2022 | Çərşənbə Məqaləyə 1195 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mask vəkili qovdu

Beyker “Twitter”dəki senzura əməliyyatının iştirakçısı olub

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

“Twitter” sosial şəbəkəsinin yeni sahibi, milyarder iş adamı İlon Mask şirkətin vəkili Ceyms Beykeri işdən çıxarıb. Mask işdən çıxarılmasına səbəb kimi senzura iddialarında Beykerin də iştirak etmə şübhələrini göstərib.

Qərarı rəsmi “Twitter” hesabında ictimaiyyətə açıqlayan Mask, "İctimai dialoq üçün vacib olan məlumatların gizlədilməsində mümkün rolu ilə bağlı narahatlıqları səbəbilə bu gün “Twitter”dən uzaqlaşdırıldı" deyib. Mask, işdən çıxarılmadan əvvəl Beykerin mövzu ilə bağlı məlumatlarına baxıldığını ifadə edərək, vəkilin cavablarının "inandırıcı olmadığını" ifadə etdi.

Keçmiş “Twitter” administrasiyası tərəfindən işə götürülməzdən əvvəl Federal Təhqiqat Bürosunun (FTB) vəkili olan Beykerin 2020 prezident seçkiləri zamanı ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden haqqında xəbərlərə “Twitter”də senzura tətbiq etdiyi açıqlanıb.