vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
DÜNYA  
22:47 | 8 sentyabr 2024 | Bazar Məqaləyə 240 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əlcəzairdə seçkinin qalibi bəlli olub

Əbdülməcid Tebbun 94,65 faiz səs toplayıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Əlcəzairdə keçirilən erkən seçkilərdə hazırkı prezident Əbdülməcid Tebbun qalib gəlib.

Əlcəzair Müstəqil Milli Seçki İdarəsinin (MSİ) sədri Məhəmməd Şərəfi mətbuat konfransında bildirib ki, prezident Əbdülməcid Tebbun səslərin 94,65 faizini alaraq yenidən prezident seçilib.

MSİ sədri Əlcəzairdə İslam yönümlü Sülh Cəmiyyəti Hərəkatının (MSP) namizədi Əbdüləli Həsəninin 3,17 faiz səs topladığını, Sosialist Qüvvələr Hərəkatının (FFS) baş katibi Yusuf Uşuşinin isə 2,16 faiz səslə sonuncu yeri tutduğunu qeyd edib.

2019-cu ildə Əlcəzairdə kütləvi ictimai etirazlar nəticəsində 20 illik hakimiyyətdən sonra istefa verməli olan Əbdüləziz Buteflikadan sonra Abdülmecid Tebbun seçkilərdə 58 faiz səs toplayaraq ölkənin yeni prezidenti olmuşdu.

Tebbun vəzifəsini daha bir müddətə davam etdirmək üçün müstəqil olaraq namizədliyini irəli sürərkən ordunun, medianın, dini icmaların, sahibkarların və bəzi siyasi partiyaların dəstəyini qazanmışdı.