Bazarlıq baş tutmadı
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
21:51 | 11 fevral 2025 | Çərşənbə axşamı
Məqaləyə 237 dəfə baxılıb
Şriftin ölçüsü
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Günahkar iqlim dəyişikliyidir?
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı Kreml eyni cavab verəcək
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
Avropa Parlamentində Avropa Komissiyasına qarşı etimadsızlıq təşəbbüsü bu dəfə solçulardan gəldi
Ən uzunömürlülər qitənin qərb hissəsində yaşayır
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Ursula von der Leyenin çıxışı Avropa Parlamenti üzvləri tərəfindən birmənalı qarşılanmadı
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Avropa Birliyi (AB) Komissiyasının sədri Ursula fon der Leyen ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens ilə görüşüb. Bu görüş AB-nin ABŞ-ın yeni administrasiyası ilə ilk təması idi.
Görüşdə Donald Trampın transatlantik əlaqələr baxımından gərgin başlayan ikinci dövründə diqqətçəkən məqamlara da yer verib.
Fransanın paytaxtı Parisdə keçirilən Süni İntellekt Sammiti çərçivəsində Von der Leyen və Vans arasında ikitərəfli danışıqlar aparılıb.
Belə ki, Tramp administrasiyası ilə AB arasında yanvarın 20-də başlayan və Brüsseldə gərgin gözləmələrə səbəb olan təmas baş tutub.
Zəngin açıq hissəsi zamanı Vens, Tramp administrasiyasının “Avropaya verdiyi əhəmiyyəti açıq şəkildə ifadə etdiyini”, – söyləyib.
“Avropa ilə qurulacaq bir çox iqtisadi əlaqələri görürük. Biz həm də Avropa və ABŞ üçün yaxşı olan təhlükəsizlik tərəfdaşlığı ilə həqiqətən məşğul olduğumuza əmin olmaq istəyirik. Ona görə də bu söhbətdən həyəcanlanır və səbirsizliklə gözləyirik”, – deyə Vens bildirib.
Von der Leyen də ABŞ ilə münasibətlərdə “nikbinliyin tərəfində olduqlarını” bildirib.
Görüşdən sonra von der Leyen sosial media yazısında Vensə müraciət edərək, “Avropaya xoş gəlmisiniz”, – yazıb.
“Müttəfiqlər kimi paylaşdığımız çətinliklərlə bağlı apardığımız yaxşı müzakirəyə görə təşəkkür edirik. Sizinlə və prezident Trampla əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik", – von der Leyen deyib.
Aİ Komissiyasının sədri təhlükəsizlikdən tutmuş texnologiyaya qədər bir çox kritik sahələrdə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.
***
İclasda Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas da iştirak edib.
Daha sonra Kallas bir yazıda Ukraynadakı müharibə, Avropanın müdafiəsinin gücləndirilməsi və Çinin hərəkətləri barədə söhbət etdiklərini açıqlayıb.
Vensin Kallasa “Estoniyanın keçmiş baş naziri” kimi müraciət etməsi diqqət çəkib.
***
3 həftəlik fasilədən sonra əbədi strateji tərəfdaşlar arasında ilk təmas səbirsizliklə gözlənildiyi halda, AB-nin ABŞ-dakı nümayəndə heyəti “kədərli emoji” paylaşıb.
Emojinin dünən ABŞ-ın AB-dən polad və alüminium idxalına əlavə 25 faiz rüsum tətbiq etmək qərarı ilə əlaqəli olduğu düşünülür.
***
Tramp həm seçki kampaniyası zamanı, həm də ilk müddətində AB ilə deyil, milli hökumətlərlə işləmək istədiyinə tez-tez işarə edirdi.
Prezident kimi ilk dövründə AB-ABŞ münasibətləri xeyli pisləşmişdi və son seçki kampaniyası zamanı Tramp müdafiədən tutmuş ticarətə qədər bir çox mövzuda AB-yə qarşı narahatedici açıqlamalar verdi.
***
Fon der Leyen yanvarın 20-də keçirilən andiçmə mərasiminə dəvət olunmasa da, ilk əlaqə üç həftə sonra qurulub.