

Ukrayna atəşkəsə razılıqla Rusiyanı pis vəziyyətdə qoyub
ABŞ Polşanın texnoloji şirkətlərə rəqəmsal vergi tətbiq etmək planına reaksiya verib
Tramp administrasiyası ABŞ-ın sığınacaq müraciətini ölkəni tərk etmə sisteminə çevirir
Trampa sui-qəsd cəhdində kömək edən Kurran ABŞ Məxfi xidmətinin rəhbəri oldu
İlon Maska dəstək üçün ...
Əlli din xadimi üç türkdilli dövlətin “İbrahim sazişin”nə əlavə olunmasını istəyir
Qubernator elektrik enerjisinin tamamilə kəsilməsi ilə təhdid edir
ABŞ Enerji Naziri: “Qlobal istiləşmə müasir iqtisadiyyatın yan təsiridir”
ABŞ-da kran suyunda flüoridin qadağan edilməsi üçün ilk addım atıldı
Rus casusların agentlər hədəfdə olan jurnalist İŞİD üzvü kamikadzedən istifadə etmək istəyib
AB-nin mümkün strateji muxtariyyətində Cənubi Qafqazın yeri
“Tramp bir hərəkətlə hamısını zərərsizləşdirə bilər”
Rusiyanın işğalçı müharibəsində həlak olan rus əsgərlərinin analarına “ətçəkən maşın” hədiyyə edilib
Trampın nifrət etdiyi proqnozlar
Rusiya İngiltərə səfirliyinin iki əməkdaşını deportasiya edəcək
Siyasətdən təqaüdə çıxmaq: Rəngli corabları ilə məşhur olan Trüdo bu nöqtəyə necə gəldi?
ABŞ Prezidenti Donald Trampın məqsədlərindən biri Rusiya-Çin ittifaqını zəiflətməkdir. Bunun üçün Ağ Ev sahibi bu ölkələrdən birini öz tərəfinə çəkmək istəyir. Tramp tərəfdaş kimi Rusiyanı seçib. Halbuki, 1970-i illərdə Ağ Evin o zamankı sahibi Çini öz tərəfinə çəkib keçmiş SSRİ ilə mübarizəni davam etdirməyə qərar vermişdi. O illərdə Vaşinqtonun planı müsbət nəticə verdi. Çünki, SSRİ və Çin - hər ikisi kommunist və avtoritar rejimlər olsa da, münasibətlərində soyuqluq hökm sürürdü. Vaşinqton bundan istifadə etdi. Vaşinqton – Pekin arasındakı isti münasibətlər 1989-cu ilə qədər davam etdi. Həmin il Çin hakimiyyətinin çinli tələbələrin Pekinin mərkəzindəki mitinqini zorakı yollarla dağıtması Vaşinqtonla münasibətləri gərginləşdirdi. SSRİ-nin dağılmasıyla Rusiya Çinlə tərəfdaşlığa üstünlük verdi. Vladimir Putinin hakimiyyəti dövründə Kreml-Pekin münasibətləri strateji əhəmiyyət kəsb edib. Tramp və onun hökumət üzvləri buna son qoymağa çalışırlar.
ABŞ dövlət katibi Marko Rubio Donald Tramp və onun administrasiyasının Rusiyanı Çindən ayırmaq istiqamətində ciddi səylər göstərdiyini bildirib. “Onları çinlilərlə əlaqələrdən tamamilə ayıra biləcəyimizə əmin deyiləm” deyən Rubio iki nüvə dövləti olan Rusiya ilə Çinin bir-birinə bu qədər yaxın olmasının qlobal sabitliyə təhlükə olduğunu vurğulayıb. O Rusiyanın Çindən asılı vəziyyətə düşdüyünü də bildirib. Bu yanaşmada Rubio tək deyil.
Beynəlxalq aləmdə belə bir fikir hakimdir ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Kremlin Çindən asılılığını artırıb. Bu həqiqətdir. Buna baxmayaraq, Moskva Pekinlə ittifaqdan imtina etməyəcək. Əlbəttə, Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarıyla görüşüb, onunla fikir mübadiləsi aparmaq, o cümlədən ABŞ-la birgə iqtisadi layihələr reallaşdırmaq istəyir. Ancaq Putin Trampın “Çindən qopma” oyununa alət olmayacaq. Trampın planını Pekin də pozmağa çalışacaq. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tsyan açıqlama verərək, ABŞ administrasiyasının Çinlə Rusiya arasındakı münasibətləri poza bilməyəcəyini vurğulayıb. Moskva və Pekin xarici siyasətlərini koordinasiya edirlər. Misal üçün Vladimir Putin Donald Trampla telefon danışığından sonra dərhal Çin lideri Si Cinpinə zəng edib ki, ikinci heç bir narahatlığı olmasın. Buna baxmayaraq, Pekinin heç bir ölkəyə etibarı yoxdur. Müxtəlif dövlətlər savaşarkən, bir-biri ilə mübarizə apararkən, Çin bölgədə və dünyada iqtisadi gücünü artırmaqda davam edir. Bu isə çoxlarını narahat edir. Çünki, iqtisadi inkişafını həbi gücünün artırmasına yönəldib.