vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AMERİKA  
14:07 | 2 mart 2025 | Bazar Məqaləyə 64 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fentanil ...

... Böyük dövlətləri qarşı-qarşıya qoyan maddə

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-la Çin arasında rüsum müharibəsi fentanil maddəsinə görə başlayıb. Vaşinqton hesab edir ki, Çində hazırlanan və qaçaqmalçılıq yoluyla ABŞ-a daşınan fentanil maddəsi güclü və sintetik ağrı kəsici kimyəvi preparat olaraq vətəndaşların bu dərmandan asılılığını artırır. Fentanil narkotikin yaradılmasında istifadə edilən xammal sayılır. ABŞ hökuməti Çini Meksika narkokartellərinin fentanil istehsalında istifadə etdiyi prekursor kimyəvi maddələrin əsas mənbəyi kimi müəyyən edib. Pekin sənaye və qeyri-qanuni narkotik ticarəti ilə mübarizə aparmaq üçün addımlar atdığını bildirib.

Vaşinqtonla Pekin arasında Bayden administrasiyası dönəmində də bu mövzuda müzakirələr gedirdi. Keçmiş dövlət katibi Entoni Blinken iki il əvvəl Çinə səfəri zamanı Pekinlə fentanil maddələrin Çindən ABŞ-a ixracı ilə bağlı məsələni həll etmək üçün işçi qrupun yaradılması barədə razılığa gəlmişdi. ABŞ-da hakimiyyət dəyişikliyindən sonra bu məsələnin üstünə Ağ Evin yeni sahibi Donald Tramp düşdü. Tramp administrasiyası fentanilin ABŞ-a daşınmasına görə Çindən gələn mallara əlavə idxal rüsumları tətbiq etməyə qərar verdi. “Çinə gəldikdə, onlar ölkəmizə fentanil göndərirlər. Və biz buna görə yüz minlərlə insanı öldürürük” deyən Tramp Çinin buna görə əlavə rüsumlar ödəməli olacağını vurğulamışdı. Ağ Ev sahibinin fikrincə, Çində istehsal olunan fentanil maddəsi Meksika və Kanada üzərindən ABŞ-a keçirilir. Trampın bu iddialarından sonra Kanada və Meksika ABŞ-la sərhəd keçid məntəqələrinə nəzarəti artırdı. Ancaq bu onları Trampın rüsumları artırmaq qərarından xilas etmədi.

Dövlət katibi Marko Rubio Donald Trampla eyni fikirdədir. Rubio “Fox News” kanalına müsahibəsində fentanil maddəsinin ABŞ-a gizli yollarla daşınmasını nəzərdə Çinə qarşı yalnız rüsumların artırılması ilə kifayətlənməyəcəklərini bildirib. Ötən ayın əvvəlindən ABŞ-ın Çin mallarına qarşı yeni tarifləri qüvvəyə minib. Çin Vaşinqtonun bu addımını cavabsız qoymayaraq öz növbəsində ABŞ idxalına qarşı tarifləri elan edib. Pekin, ABŞ-ın kömür və mayeləşdirilmiş təbii qazına 15 faiz, xam neft, kənd təsərrüfatı texnikası və bəzi avtomobillərə isə 10 faiz tarif tətbiq edəcəyini açıqlayıb. Tramp Çin lideri Si Cinpini “dostum” adlandırsa da, liderlər telefonla danışsalar da, iki ölkə arasındakı münasibətlər gərginləşməkdə davam edir. Bunun səbəbi tək fentanil maddəsi deyil...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)