Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
17:03 | 21 may 2014 | Çərşənbə
Məqaləyə 2854 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
21.05.14 - «Məncə, Ukrayna hadisələri və Krım məsələsi Azərbaycana kömək edə bilər»...
Milli Şuranın fəxri sədri, «Milyarderlər İttifaqı» kimi tanınan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının üzvü Rüstəm İbrahimbəyov publika.az-a müsahibə verib.
R.İbrahimbəyov bildirib ki, hazırda başı imtahanlara qarışıb: «Mayın sonunadək imtahanlarım var. İmtahanlar başa çatandan sonra iyunun 1-dən 15-dək Tiflisdə səfərdə olacam. Çünki hazırda «Qafqaz üçlüyü» adlı film çəkirik. Bu filmin prodüseri mənəm. Tiflisdə işlərimi görəndən sonra, yəni, iyunun 15-dən sonra Moskvaya qayıdacam. Moskvada festival keçiriləcək, ora mən də fəxri qonaq kimi dəvət olunmuşam».
Milli Şuranın fəxri sədri bildirib ki, indilikdə Bakıya qayıtmaq meyli yoxdur: «Hazırda Azərbaycana qayıtmağı düşünmürəm. Çünki indiki vəziyyət məni çox narahat edir. Ona görə də hələlik Bakıya gəlməyə vaxtım yoxdur. Digər tərəfdən isə hələ ki Bakıya qayıtmaq istəmirəm».
R.İbrahimbəyov ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın «Azadlıq» radiosuna verdiyi son müsahibəsində söylədiyi fikirlərə də münasibət bildirib. Vurğulayıb ki, bu çox mürəkkəb məsələdir: «Rusiyanın ABŞ-la münasibətləri korlanır. Bu isə Azərbaycan hökumətini çətin vəziyyətə sala bilər. Çünki burada Azərbaycan iki böyük dövlətin – ABŞ və Rusiyanın arasında qalır.
Hazırda mən Azərbaycan ilə nə Rusiya, nə də ABŞ arasında heç bir yaxınlaşma görmürəm. Gördüyüm ancaq odur ki, Rusiya Azərbaycana göz yumur».
ABŞ səfirinin «Ukrayna hadisələri Azərbaycanda da təkrarlana bilər» iddiasına gəlincə, tanınmış ssenarist bildirib ki, o bunun əksini düşünür: «Məncə, Ukrayna hadisələri, o cümlədən Krım məsələsi Azərbaycana kömək edə bilər. Çünki Ermənistan vaxtilə beynəlxalq qanunları pozaraq bizim torpaqları zəbt edib və dünya birliyi də buna göz yumub. Ancaq indi vəziyyət dəyişib. İndi Qərb düşünür ki, Rusiyaya təzyiq ediriksə, o zaman Ermənistana da etməliyik. İndi Qərb öz səhvini anlayır və Azərbaycana kömək edə bilər. Yəni, Qərb nəhayət ki, Azərbaycanın da müdafiəsinə qalxacaq...
Mənə elə gəlir ki, Ermənistan və Azərbaycan tərəfi kompromisə getməlidir. Belə olduğu halda münaqişənin həlli də real görünür. Çünki Azərbaycanın Rusiya ilə münasibətləri nə qədər normal olsa, Kreml hökuməti də münaqişənin həllinə mane olmaz».
Xatırladaq ki, ABŞ səfirinin iddiaları başqaları, xüsusən də YAP funksionerləri tərəfindən də narazılıqla qarşılanıb.