vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
QALMAQAL  
23:52 | 17 noyabr 2014 | Bazar ertəsi Məqaləyə 3136 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hikmət Hacızadə də Müsavatdan getdi

Divan üzvü bir həftə əvvəlki vədini gerçəkləşdirdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Müsavat Partiyasının tanınmış simalarından olan Hikmət Hacızadı bu təşkilatdan istefa verib. Bu xəbəi Hikmət Hacızadənin «Facebook»dakı statusuna əsasən yayılıb.

İstefa ərizəsinin mətni qısadır və bu cürdür:

«Müsavat Partiyasının 

Təşkilat Şöbəsinə

Hikmət Hacızadədən

İSTEFA ƏRİZƏSİ

Yazıb sizə bildirirəm ki, partiyamızda Söz Azadlığının kobud və birtərəfli pozulmasına və fərqli fikrə düzümsüzlük kampaniyasına etiraz olaraq Müsavat Partiyasının üzvlüyündən istefa verirəm. Partiyada qalan qəlbən azad və fədakar insanlara mübarizələrində uğurlar arzulayıram. Bu andan Qaranlıqlarla mübarizəmi təkbaşına davam edəcəm.

Sayğılarla Hikmət Hacızadə

Bakı, 11.17.2014»


Qeyd edək ki, bu gün Müsavat başqanlığına sabiq namizəd Səxavət Əlisoy partiyadan xaric edilib, Əlövsət Talışxanlı isə istefa verib.

Xatırladaq ki, Hikmət Hacızadə son vaxtlar Müsavat partiyasında həyata keçirilən cəzalandırma mexanizmi və bunun icrası ilə bağlı verilən qərarlara sərt etiraz bildirmişdi. Müsavat partiyasının divan üzvü ötən həftə bu radikal tədbirlərlə bağlı bəyanat yaymış və partiyadakı fəaliyyətini dondurduğunu bildirmişdi: «Bu qərar tamamən qanunsuz və Müsavata xələl gətirən bır qərardır.

Bundan başqa, qulağıma çatıb ki, bu qərar böyük planın bir hissəsidir. Yəni, «narazıların 10-15-ni partiyadan çıxaraq, onda başqaları sakitləşəcək». Ar olsun belə planı düşünənlərə. Mən belə plana qəti etiraz edirəm. Məhəbbət Murad və Kamil Xəlilbəyli dən sonra üçüncü belə «narazı» özümü hesab edirəm, və qərarınıza qarşı etiraz edirəm.

Bu planı düşünənlərə demək istəyirəm ki, bu plan dayandırılmasa və bu planla partiyadan xaric edilənlərin işinə yenidən baxılmasa, onda məni də bu plana salsınlar və partiyadan xaric etsinlər. Bu məsələ qanun və insan haqları çərçivəsində həll olunmayana qədər partiyada fəaliyyətimi dondururam və partiya rəhbərliyindən insan hüquqlarının təmin olunmasını tələb edirəm».