vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
XADİM  
03:10 | 30 noyabr 2014 | Bazar Məqaləyə 3498 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Müsavatın bərpaçılarını bezdirirlər»

Ellada Məmmədli: «Vurğun Əyyubu Müsavatdan çıxarmağa çalışırlar»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Sosial şəbəkələrdə partiyadan çıxarılacaq şəxslər haqqında məlumatların yayılması, onların əleyhinə kampaniyaların aparılması birmənalı olaraq, göstərişdir. İndi də Vurğun Əyyub sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib və düşünürəm ki, bu, təsadüfi deyil».

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Qadınlar Təşkilatının sədri Ellada Məmmədli deyib.

Onun sözlərinə görə, Müsavatın hazırkı rəhbərliyi Məclis üzvü Vurğun Əyyubun partiyadan çıxarılmasına çalışır: «Sosial şəbəkələrdəki yazışmalar baş verə biləcək hadisələri göstərir. Məsələn, Səxavət Əlisoy haqqında orda yazılanlar artıq Divanın iclasında onun kənarlaşdırılacağına şübhə yeri saxlamamışdı, belə də oldu. Müsavatın bərpaçılarını bezdirirlər. Bu, çox avtoritar düşüncədir. Ancaq mən düşünmürəm ki, Vurğun Əyyubu partiyadan çıxara bilərlər. Bunun ətrafında məsələləri qızışdırmaq, Vurğun Əyyubun istefasına nail olmaq demək deyil. Çünki Vurğun Əyyub Müsavat Partiyasını bərpa edənlərdən və ən önəmli simalarından biridir».