vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
QALMAQAL  
18:45 | 19 oktyabr 2013 | Şənbə Məqaləyə 2910 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rəsul Quliyev Milli Şuradan əl çəkmir

Sabiq spiker yenə müxalifətə qəzəblənib

Virtualaz.org

MÖVZU İLƏ ƏLAQƏLİ

Neçə illərdir ABŞ-da mühacir həyatı yaşayan və bu illərdə Azərbaycanın siyasi mühiti ilə necə deyərlər, “şüşə arxasından öpüşürmüş” kimi uzaqdan-uzağa, qiyabi şəkildə təmas quran sabiq spiker Rəsul Quliyev müxalifətə yenə qəzəblənib.

Sabiq spiker, sabiq YAP-çı, sabiq ADP-çi, nəhayət, təzəlikcə də sabiq ACP-çi olan indiki mühacir bu hiddətini öz facebook hesabında ifadə edib. Virtualaz.org çox uzaqlardan baxdığı döyüşü həddən artıq asan sayan “qiyabi-selektor siyasətçi”nin həmin fikirlərini olduğu kimi təqdim edir: “Mənim üçün maraqlıdır, Milli Şura hansı iclasında və kimlərin iştirakı ilə 20 oktyabrda mitinq keçirilməsi haqqında qərar qəbul edib. Məktub niyə birbaşa aparılıb icra hakimiyyətinə təqdim edilməyib, Binəqədi poçtu ilə göndərilib? Sonra Milli Şura hansı iclasında mitinqin 27 oktyabrda keçirilməsi qərarını qəbul edib? Kimlərin iştirakı ilə?
Niyə yazıram, çünki bu iclasların heç biri olmayıb. Bu qərarlar saxta qərarlardır. Seçkilərdən ötmüş bir həftə ərzində bu qədər saxtakarlıqlar etmiş adamlar yəqin ən ucadan “seçkilər saxtalaşdırıldı” bağıranlardır. Görəsən, bu insanlar oğrunun oğruya oğru deməsinin qəbahət olduğunu anlayırlar? Yəqin ki, yox. Azərbaycanlıların fəlakətli vəziyyətinin səbəblərini bəlkə bu keyfiyyətlərdə axtarmaq lazımdır?”