vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 28 noyabr 2022
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SİNEMA-ZAL  
20:27 | 20 iyun 2012 | Çərşənbə Məqaləyə 3219 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakı kinoteatrlarında həftəsonu nələr var?

Bu ay şəhərimizə 5 yeni film gəlib

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Şəhərimizin kinoteatrlarında həftəsonu hansı filmlər olacağı yəqin bir çoxlarınıza maraqlıdır. Kinoteatrlarımızda “Konq-fu Panda -2”, “Həyat ağacı”, “Karib dənizinin quldurları 4”, “X-adamlar”, “Super 8” filmləri nümayişdədir.

Ən son nümayişə girən filmləri “Azərbaycan” kinoteatrında və “Park Sinema”da izləyə bilərsiniz. Biletlərin qiyməti də münasibdir. 
Kann Film Festivalının qalibi “Həyat ağacı” filmini 2D formatında iyunun 21-ə qədər izləyə bilərsiniz. Terrens Malikin bu filmində baş rolu ifa edən Bred Pit qəddar ata obrazını yaradır. Böyük oğul rolunu isə Şon Pen ifa edir. Filmdə ata hökmranlığı, 3 oğuldan böyüyünün həyata baxışı təsvir olunub. Biletlərin qiyməti 3 və 7 manat arasında dəyişir.
Digər məşhur film “Karib dənizinin quldurları 4: Sirli dənizlərdə” filmini isə bugün “Park Sinema”da izləyə bilərsiniz. Conni Depin əvəzsiz ifa etdiyi film 3D formatında təqdim olacaq. Biletlər 6 və 8 manat arasındadır.
İngiltərə, Amerika, Rusiya kinoteatrlarında baxılma sayına görə birinci olan “Super 8” filmi şəhərimizdə də nümayiş olunur. Detektiv janrında olan film 2D formatında bu ayın 21-ə qədər göstəriləcək. Film 1979 ilin yayında Oqayo şəhərciyində bir neçə dostun “Super 8” kamerası ilə həvəskar film çəkərkən dəmir yol qəzasının şahidi olması üzərində qurulub. Tezliklə onlarda şübhə yaranır ki, bu faciəvi hadisə təsadüf nəticəsi deyil. Şəhərcikdə qəribə yox olmalar və müəmmalı hadisələr baş verəndən sonra, yerli şerif bu sirrləri tapmağa çalışır. Heç kimin təsəvvür edə bilməyəcəyi daha dəhşətli şeylər ortaya çıxır. Biletlərin qiyməti 3-7 manat arasında dəyişir.