İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
13:34 | 12 iyun 2017 | Bazar ertəsi
Məqaləyə 2278 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İyunun 11-də İranın Hormozqan əyalətinin Rudan şəhərinin ətraf dağlarında naməlum silahlı dəstə üzvləri ilə hökumət qüvvələri arasında baş verən silahlı atışmada 4 İŞİD-çi həlak olub.
Bu barədə Hormozqan əyalətinin ədliyyə təşkilatının rəhbəri axund Məhəmməd Sadıq Əkbəri iyunun 12-də jurnalistlərə açıqlamasında məlumat verib.
Axund Əkbəri bildirib ki, Rudan dağları ətrafında baş verən silahlı qarşıdurmada, naməlum silahlı dəstə üzvlərindən 4-ü öldürülüb: «Qüvvələrimiz tərəfindən məhv edilən həmin şəxslərin 2-si İran, 2-si isə xarici vətəndaşlardır. Onların üstündən cürbəcür silahlar, partlayıcı maddələr, intihar kəmərləri və İŞİD bayrağı aşkarlanaraq götürülüb. Həmçinin son günlər yerli hüquq-mühafizə qüvvələrimiz Cask limanında terrorçu İŞİD qruplaşmasının daha 5 üzvü ilə üz-üzə gələrək onların hamısını yaxalayıblar. Tutulanlar hazırda onlar dindirilir və məsələ araşdırılır».
Xatırladaq ki, İyunun 7-si sübh saat 10.30 radələrində İran parlamentinə və Tehranın cənubunda yerləşən Xomeyni məqbərəsinə silahlı hücum olub. Kimliyi bəlli olmayan 4 silahlı şəxs İran parlamentinin giriş qapılarındakı mühafizəçi qüvvələrə tapança və avtomatla atəş açaraq deputatların toplaşdığı zala daxil olmağa çalışıblar. Atışma zamanı hücumçulardan biri özünü partladıb, 3-ü isə hökumət qüvvələri ilə atışmada həlak olub.
Eyni hücum, Tehranın cənubunda yerləşən Xomeyni məqbərəsinə də edilib. İki silahlı şəxs məqbərə həndəvərinə yaxınlaşaraq mühafizəçi qüvvələrə odlu silahlardan atəş açıblar. Hücumçulardan biri özünü partlatsa da, digəri birisi yaxalanıb. Hər iki olayda 17 nəfərin öldüyü, 50 nəfərdən çox insanın yaralandığı bildirilir.
İnsidentdən bir neçə saat sonra İŞİD bəyanat yayaraq hər iki hücumun məsuliyyətini üzərinə götürüb. Az sonra isə hücumçuların İŞİD-ə qoşulmuş və milliyyətcə kürd olan İran vətəndaşları olduğu bəlli olub.