
«Kazuonun əsərləri xalis ədəbiyyatdır»
Qismət Rüstəmov: «Kazuo 21-ci əsrin mövzularından yazır»
Qismət Rüstəmov: «Kazuo 21-ci əsrin mövzularından yazır»
Qismət Rüstəmov: «Murakami isə daha çox estrada və populyar ədəbiyyat tipidir»
«The Paris Review» jurnalı «Nobel» mükafatçıları Kazuo İşiquro, Umverto Eko, Qabriel Qarsia Markes və Mişel Uelbekin yazı masasından yazır
Ədibin mükafata reaksiyası, yazıçının oktyabrın 5-də Nobel Komitəsinin əməkdaşına verdiyi müsahibədən seçmələr
Rusiya Ermənistana silah, ABŞ isə kəşfiyyat sistemi ötürüb
İkinci dəfə ən yüksək mükafata namizəd olan prezidentin rəqibi qazaxıstanlı rəssamdır
Nobel mükafatı almış əfsanəvi rok ulduzu Bob Dilanın özünü Şekspirlə müqayisə etdi
Bob Dilan axır ki, dilləndi: «Belə bir şey kimin yuxusuna girərdi?»
Nobel laureatı ilk dəfə olaraq qazandığı mükafat haqqında danışdı
İsveç Akademiyası Bob Dilanla əlaqə yaratmaq cəhdlərini dayandırıb
«Orxan Pamuk Nobeli alanda bizim media deyirdi ki, ...»
Nobeldən imtina edən dahi ot biçir, yer şumlayır, hətta pinəçilik edirmiş
Erməni generalın savaşı çağırışına cavab
Erməni generaldan əsgərlərə təxribatçı savaş çağırışı
Şuşanı işğal etmiş «komandos» ümidi erməni ordusuna bağlaya bilmir
Partiya sədrinin Nobel mükafatına iddiası eksperti özündən çıxardı
Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin məzunu Arkadi Ter-Tadevosyan və Bakı Şahmat Məktəbinin məzunu Qarri Kasparov. Hər ikisinin milliyyəti ermənidir. Bizim məktəbləri bitiriblər.
General-mayor Ter-Tadevosyan Şuşanın işğalında fərqləndiyinə görə qondarma respublikanın Milli Qəhrəmanı adını alıb. Qarri Kasparov isə şahmat üzrə dünya çempionu olub. Demək ki, bizim məktəblər sərkərdə yetişdirə bilir, dünya çempionu yetişdirə bilir, o zaman sual oluna bilər ki, bəs biz niyə bu məktəblərdən yetişmirik?
İndicə bir xəbər oxudum ki, bir artistə pullu məmurlardan biri ikiotaqlı mənzil bağışlayıb. Hansısa pullu məmur hansısa işvəkar xanıma xərclədiyi pulun cüzi bir hissəsini bir elm adamına, bir yüksək istedadlı tələbəyə, imkansızlıqdan əziyyət çəkən bir istedadlı hərbçiyə, yüksək zəkalı bir yazara xərcləsə, o zaman bir yerlərə ucalan adamlarımızı görmək mümkün olar.
Nə olardı, həmin ikiotaqlı evi illərdir aspirantlar yataqxanasında, yaxud kirayə zirzəmidə ailəsi ilə birlikdə zillət çəkən bir fizik, bir kimyaçı, bir geoloq alimə bağışlasaydın! Bunlar yoxdursa, hələ intellekt oyunlarında çempionlar da olmayacaq, qalib gəlməyə qadir komandirlər də olmayacaq, Nobel alan alim də olmayacaq!
İnsanın ortasının qiyməti başından yuxarı olan cəmiyyətlərin payını daha hazırlıqlı kimliklər əlindən qoparıb ala bilir. Təəccüblənməyin, Kasparov və Ter-Tadevosyanın uğurları bizim əlimizdən qoparıb aldıqlarıdır.