
Hər görüşdən sonra sanksiya
Danışıqların dördüncü raundundan Vaşinqtonun Tehrana növbəti zərbəsi
Danışıqların dördüncü raundundan Vaşinqtonun Tehrana növbəti zərbəsi
İranda 13 qadın bir anda zəhərləndi!
Uranın zənginləşdirməsi tamamilə dayandırılmalıdır
Britaniyada İsrail səfirliyinə hücum planı qurumun daxilindəki radikal qrup tərəfindən hazırlanıb
İsrailin müdafiə naziri İrana hücumla hədələyib
İranda 700 bank zülmətə qərq oldu
Tramp ərəb müttəfiqlərinin xətrinə körfəzin adını dəyişdirəcək
20 döyüş təyyarəsi Husilərin hədəflərinə 50 bomba atıb
“İranın hazırda 13 mindən çox qabaqcıl sentrifuqayası var”
Böyük bir sui-qəsd planı ifşa edildi
İran təyyarəsi təcili eniş edib
Raket istehsalına məhdudiyyətləri və uranın 2015-ci il versiyası...
Dünənki müttəfiqlər arasında gizli döyüş – İran və İraq seçkiləri
“İrandan neft alan ölkələr cəzalandırılacaq”
Tehran sazişi “hər kəs qazansın” modeli kimi təqdim edir
Səfirliyin marşal planını oxşarı olan gizli sənədlərində Tehranın “imperiya ambisiyaları” üzə çıxdı
«The İndependent» yazır ki, İran dövlət telekanalının aparıcısı onu İsveçrədə məzuniyyət zamanı pivə butulkasını hicabsız başına çəkərkən görüntüləyən foto internetə çıxdıqdan sonra hiddətə səbəb olub.
Məqalədə deyilir ki, alkoqolun içilməsi İslamda qadağandır və spirtli içkilər İranda 1979-cu il İslam İnqilabından bəri yasaq edilib.
İranda islami geyim məcəlləsinə riayətə «əxlaq polisi» nəzarət edir və qadınlar ictimai yerlərdə bədənlərini və saçlarını örtməlidirlər.
Bu ölkədə müsəlaman qadınlar üçün hicab icbaridir.
Maraqlısı budur ki, televiziya aparıcısı və aktrisa Azadə Namdari öz verilişlərində hicabı təbliğ edir.
İranın mühafizəkar «Vətən-e Emruz» qəzeti 2014-cü ildə Azadə Namdarinin tam hicablı fotosunu dərc etmiş və bu şəklin altında böyük hərflərlə «Allaha şükür mən hicab geyinirəm» yazılmışdı.
Xanım Namdari həm də bədəni başdan ayağadək örtən qara çadranın qızğın təbliğatçısı sayılırdı.
Mühafizəkarlar hesab edirlər ki, müsəlman qadınları naməhrəmlərdən ən yaxşı qoruyan geyim elə qara çadradır.
Xanım Namdari deyirdi ki, o çadralanması ilə fəxr edir. Qəzetin birinci səhifəsində dərc olunmuş müsahibəsində televiziya aparıcısı bütün qadınları çadralanmağa çağırırdı.
«Gərək imanlı olasan ki, çadralı olasan - deyirdi Namdari, - Allaha şükür mən efirə çadra ilə çıxıram. Mən çadrada özümü təhlükəsiz və daha mötəbər görürəm. Bütün bunlarla məni məhz çadra şərəfləndirib».
Bundan sonra Namdari əlavə etmişdi: «Bunu deməyimə görə sizdən çox üzr istəyirəm, amma mən çadrada daha gözələm».
Amma indi Azadə Namdarinin xaricdə məzuniyyətdə olarkən hicabsız və çadrasız pivə içdiyini göstərən şəkli üzə çıxıb və o İran sosial mediasında kəskin tənqid olunur.
İstifadəçilər onu «ikiüzlükdə» və «riyakarlıqda» ittiham edirlər.
Sosial media postlarından birində çadralı Namdarinin çantasına «Grey Goose» arağının şüşəsi fotoşop edilib.
Bəzi postlarda isə onun qoşa şəkilləri verilib. Şəkillərdən birində o çadralıdır, o biri şəkilldə isə pivə şüşəsini başına çəkir.
Hökumətyönlü ruhanilərdən Əbülfəzl Nəcəfi Tehrani isə yazır ki, təqsir xanım Namdari və onun kimilərində yox, adamları belə ikili davranışa vadar edən ideologiya və sistemdədir.
«The İndependent» yazır ki, aparıcı yaranmış qalmaqala Gənc Jurnalistlər Klubunun saytında yayınladığı iki dəqiqəlik videomüraciətlə cavab verib.
O iddia edir ki, hicab başından sürüşüb və bu anda kənar şəxs tərəfindən şəkli çəkilib. Hərçənd, xanım Namdari pivə şüşəsinə aydınlıq gətirməyib.
Amma belə görünür ki, xanım Namdarinin izahatı daha çox reaksiya doğurub. İstifadəçilərin bir çoxu onu yalançı adlandırırlar.
«The İndependent» yazır ki, buna baxmayaraq İranda hicab əleyhinə hərəkat genişlənir və bu hərəkata hətta kişilər də qoşulurlar.