
“Balamın adı”
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Hücumlardan sonra ilk uçuş Təbrizdən İstanbula həyata keçirilib
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Simin Səbri milli hərəkata məxsus təşkilatlarda qadınların fəaliyyətini çətinləşdirən problemlərin sadəcə bu təşkilatlar ilə deyil, eyni zamanda toplum və hakimiyyətdə qadına olan baxışla əlaqəli olduğunu vurğulayır. Güney Azərbaycan Milli Demokratik Birliyi təşkilatının sözçüsü Amerikanın Səsi ilə söhbətdə qadınların milli hərəkat və ona mənsub təşkilatlardakı yerini dəyərləndirib.
«Məncə, biz Milli Hərəkatdan gözləntilərimizi onun cərəyan etdiyi zəmin və quruluşundan ayrı görsək və daha yuxarıya qoysaq, xəyal qırıqlığına uğrayarıq. Ümumiyyətlə, o vaxta qədər ki qadın məsələsi kişilərə qarşı olan məsələ kimi deyil, bəlkə ictimai bir məsələ kimi mənimsənməyib biz (xəyal qırıqlığına uğrayacağıq)», deyə Simin Səbri qeyd edir.
O, əlavə edir, «mən milli hərəkatdakı bu problemləri təkcə Güney, Quzey Azərbaycan ya türk millətinə məhdudlaşdırmıram. Bu qlobal bir problemdir. Əlbəttə inkişaf etməmiş ölkələrdə daha çoxdur... Burada bir çox problem var ki, heç dinlə bağlı deyil, keçmiş adət-ənənələrdən gəlir. Bir də ola bilər ki, qadınların fiziki olaraq daha zəif olduğundan...»
Simin Səbri toplumun dil hüquqları və milli şüur baxımından inkişaf etməsinin digər sahələr o cümlədən, gender bərabərliyi anlayışında da irəliləməsi anlamına gəlmədiyini deyir: «Bu hərəkat bir zəmində və onu bu səviyyəyə gətirən insanlar vasitəsilə yürüməkdədir. Bu insanlar, ola bilər ki, milli şüura malik olublar, gözəl bir cəmiyyət, dil azadlığı, öz mədəniyyətləri ilə yaşamağı arzulayırlar. Bu səviyyədə milli oyanış vardır deyə, biz hər baxımdan oyanışın olduğunu deyə bilmərik».
Norveçdə yaşayan türk fəal və psixiatr əlavə edir, «hətta akademik səviyyədə savadlı olan milli fəallar var ki, mövzu qadın məsələsi olanda, eynən bu cümləni yazırlar ki, hər şeyimiz həll oldu, bir baş darağımız qaldı. Yəni qadın məsələsinə bir baş darağı kimi, bəzək kimi baxırlar. Olsun biz milli hədəflərimizi əldə edək, qadınlara da bir şey verək, deyirlər... Mən bunu İranlı müxaliflər ilə müqayisə edirəm. Onlar deyərlər ki, hələ gəlin bu rejimi yıxaq, sonra etnik cəmiyyətlərə də bir şeylər verərik, ana dili sinifləri açarıq. Bu şəkildə düşündüyümüz zamana qədər çox işimiz olacaq. Məncə bunu addım-addım, yavaş-yavaş yerinə qoymalıyıq.
Simin Səbri həmçinin güney təşkilatlarında qadınların xeyrinə müsbət ayrıseçkiliklərin tətbiq edilməsinin faydalı olacağını ifadə edir.