
Meksika ABŞ-ın sözünə baxır
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
Müxalifət senatoru ilə Senatın sədri arasında əlbəyaxa dava oldu
Meksikada qorxulu artım
Mexiko Pekinin mallarına gömrük rüsumlarını artırır
ABŞ Meksika sərhəd divarını daha isti və dırmanılması çətin hala gətirməyi planlayır
Türkiyə zəlzələ dağıntı riskini azaltmaq üçün nə edir?
Zəlzələ sonrası iqtisadi təlatüm: fəlakətlərin izi rəqəmlərdə
Toqquşmaya cəmi 60 metr qalmışdı
Hansı ölkənin əhalisi ABŞ, Çin və Rusiyanı müttəfiq və təhlükə hesab edir
Meksika turist axınına etiraz edir
Krematoriyada tapılan mumiyalanmış cəsəd sayı 381-ə çıxdı
Polis krematoriyaya basqın həyata keçirib
Milçək dərmanı səpərkən 3 nəfər həyatından oldu
Çoxlu sayda ölü və yaralı
İtkin düşmüş qrup üzvləri Meksikada meşədə ölü tapılıb
“Ölüm hökmünüz artıq imzalanıb”
Sakit okeanda, Meksika sahillərində 8,1 bal gücündə olan zəlzələ baş verib. Seysmoloqlar Latın Amerikasının bir neçə ölkəsini tsunami təhlükəsi barədə xəbərdarlıq ediblər. Meksika rəhbərliyinin məlumatına görə, baş verən zəlzələ nəticəsində ölkədə azı 6 nəfər həlak olub.
Meksika prezidenti Enrique Peña Nieto baş verən təbii fəlakəti son yüz ilin ən güclü zəlzələsi adlandırıb.
Zəlzələnin episentri Pijijiapanşəhərinin cənub-şərqindən 100 kilometr aralıda, 35 kilometr dərinlikdə qeydə alınıb. Bu barədə ABŞ geoloji xidməti məlumat verib.
«3 metr yüksəklikdəki tsunami dalğaları Meksika sahillərində müşahidə oluna bilər», Məlumatı France Press agentliyi tsunami barədə xəbərdarlıq edən Sakit Okean Mərkəzinə istinadən yayıb.
Tsunami dalğaları həmçinin Argentina, Qvatamela, El-Salvador və regionun digər ölkələrini də əhatə edə bilər.
Lakin mərkəzin məlumatına görə, bu dalğalar Meksikayla müqayisədə digər ölkələrdə zəif olacaq.
Yeraltı təkanlar episentrdən bir neçə yüz kilometr aralıda yerləşən Mexico-da hiss edilib. Şahidlərin dediyinə görə, güclü yeraltı təkanlar nəticəsində bir neçə rayonda elektriklər kəsilib.
Yeraltı təkanlar şəhərdə gecə vaxtı hiss edilib.
Reuters agentliyinə müsahibə verən şahidlərdən biri insanların gecə geyimində evlərindən küçələrə qaçdığını söyləyib. Ciddi dağıntılar və həlak olanlar barədə məlumat yoxdur.
Meksikada, həmçinin «Katya» qasırğası təhlükəsi də gözlənilir.
Sinoptiklərin məlumatına görə, dördüncü gün gecə Meksika körfəzində yaranan qasırğanın Meksika sahillərinə cümə günü çatacağı gözlənilir.
Yaxın vaxtlarda «Katya» qasırğası güclənib və küləyin sürəti saatda 140 kilometr təşkil edib. 300 kilometr diametri əhatə edən qasırğa hazırda Tampiko şəhərinin cənub-şərqindədir.