vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
AVTO  
«Jaguar»lar 2020-ci ildən elektrikli olacaq 23:53 | 10 sentyabr 2017 | Bazar Məqaləyə 4551 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Jaguar»lar 2020-ci ildən elektrikli olacaq

«I-Pace» modeli gələn il satışa çıxarılacaq

«Jaguar Land Rover» (JLR ) şirkəti elan edib ki, 2020-ci ildən etibarən istehsal ediləcək hər bir yeni avtomobil ya tam elektrik, ya da ki hibrid mühərriklərlə təchiz olunacaq.

Yeni modellər sırasında ilk avtomobil - tam elektrik mühərrikli «Jaguar I-Pace» modeli - 2018-ci ildə satışa çıxarılmalıdır.

JLR icraçı direktoru Ralf Spez deyib ki, qərar «müştərilərə daha da geniş seçim» verməyi nəzərdə tutur.

Britaniyanın ən iri avtomobil istehsalçısı olan JLR şirkətinə Hindistanın Tata qrupu nəzarət edir.

İyul ayında «Volvo» şirkəti 2019-cu ildən başlayaraq bütün yeni modellərində elektrik mühərrikinin olacağını bəyan edib.

Lakin hər iki şirkət, daxili yanma mühərriki ilə təchiz edilmiş avtomobillərin istehsalını davam etdirəcək.