
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Güney Azərbaycan daha bir ekoloji fəlakətlə üz-üzə qalıb. Belə ki, Təbrizin «Quru gölü»nün tamamilə quruduğunu demək mümkündür. Bu barədə «Nəsr news» saytında məlumat yayılıb. «Hər il soyuq fəsillər başlayınca, ölkədə quruma təhlükəsi ilə üz-üzə olan gölməçələrdə yenidən canlanma müşahidə olunur, lakin son müşahidələr göstərir ki, bu məsələ Təbrizin «Quru gölü» haqda keçərli deyil.
Urmu gölü ətrafında yerləşən «Quru gölü»nün 16 kvadrat kilometr sahəsi var. Onun təxminən il boyu su ilə dolu olduğu hissəsində ən dərin nöqtə 13 metr olub. Lakin son illərdəki böhranla bağlı onun dərinliyi azalıb»- deyə məlumatda qeyd olunub.
Ekspertlər «Quru gölü»ndə yaşanan böhranın ətraf mühitə, yeraltı su yataqları və ətraf ərazilərdəki kənd təsərrüfatına ziyan vuracağı ilə bağlı dəfələrlə xəbərdarlıq ediblər. Bundan əlavə, «Quru gölü»nün quruması müxtəlif su quşları kimi 111 növ heyvanın yaşayış yerinin məhv olmasına gətirib çıxaracaq.
Şübhəsiz ki, bunun bölgənin turizm sənayesinə də təsirsiz ötüşməsi mümkün deyil.
Məsələ ilə bağlı Şərqi Azərbaycan Ətraf Mühiti Mühafizə İdarəsinin rəsmisi Mir Möhsün Hüseyni Qomi ətraflı məlumat verib. ««Quru göl» dağlıq məntəqədə yerləşən bir gölməçədir, onun heç bir çayla və ya yerüstü su mənbəyi ilə əlaqəsi yoxdur. Lakin Şərqi Azərbaycan Məntəqə Suyu Şirkəti gölməçəyə su çatdırmaq üçün mövcud olan kanalda təmir-bərpa işləri aparmağa hazırlaşır. Düşünürəm ki, bu şəkildə problem aradan qalxacaq. Əslində bu, gölün canlandırılması üçün təqdim olunan iki təklifdən biridir. Başqa bir təklifə görə, gölməçəyə su çatdırmaq üçün köhnə kanalı bərpa etmək deyil, yeni proje həyata keçirmək lazımdır. Ümid edirəm ki, yaxın gələcəkdə gölməçənin canlandırılması üçün lazım olan büdcə vəsaiti ayrılacaq və «Quru göl» yenidən bərpa olunacaq», - deyə o bildirib.