
Qırğızıstanda xəstəxanada yanğın
2 uşaq ölüb
2 uşaq ölüb
Caparov qardaşı qızının nişanlısını həbsxanaya salıb
Bu təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil
Qırğızıstan vətəndaşları da müharibəyə aparılır
Molla qadınların dar paltar geyinməsinin qarşısını almağa çağırıb
Qırğızıstanın müstəqilliyinə təhdid mövcuddur
Provayderlər ehtiyat yayımı üzərində işləyir
Lavrov Çin və Hindistandan əliboş dönüb
“Etnik nifrətin qızışdırılması” hesab olunacaq
“Məni həbs etməyə gəlsələr atəş açacağam...”
Sabiq prezidentin lehinə cəmi 7 deputat səs verib
İlham Əliyev: “Ölkələrimizin beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verməsi önəmlidir”
İlham Əliyev qırğız həmkarı ilə görüşüb, TDƏŞ-in VI sammitində çıxış edib
Rusları əsrlər boyu çaşdıran «ikibaşlı qartal»
Qırğızıstan prezidenti Qazaxıstanın yardımından imtina edir
Atambayev Nazarbayevə «qoca diktator» dedi
Qırğızıstan prezidenti Almazbek Atambayev bu həftə Rusiyada keçiriləcək MDB sammitinə səfərini ləğv edib. O bunu ölkəsində oktyabrın 15-də keçiriləcək prezident seçkisi zamanı qarışıqlığın baş verə biləcəyi ehtimalı ilə izah edib.
Atambayevin mətbuat xidməti oktyabrın 9-da bildirib ki, Qırğızıstanı Soçi sammitində prezidentin əvəzinə baş nazir Sapar İsakov təmsil edəcək.
Mətbuat xidməti bildirir ki, «seçki günündə müəyyən siyasətçilərin kriminal elementlərlə birlikdə kütləvi iğtişaş törədə biləcəyinə dair dəlillər var».
Bu da qeyd edilir ki, iğtişaşların törədilməsində habelə xaricdən maliyyələşdirilən namizədlərin də əli ola bilər.
Bu bəyanatdan iki gün əvvəl Atambayev qonşu Qazaxıstanı açıq-aşkar Qırğızıstanın daxili işlərinə qarışaraq namizəd Omurbek Babanovu dəstəkləməkdə ittiham etmişdi.
Eyni bəyanatda Atambayev Qazaxıstan prezidenti Nursultan Nazarbayevi onilliklərdir hakimiyyətdə qaldığına görə tənqid edirdi.
Nazarbayevin on ölkədən ibarət MDB-nin sammitinə qatılacağı gözlənilir.
Qırğızıstan Konstitusiyası Atambayevin ikinci müddətə namizədlik verməsini qadağan edir.
O, hakim Sosial-Demokratik Partiyanın namizədi, keçmiş baş nazir Sooronbay Jeenbekovu açıq-aşkar dəstəkləməkdə ittiham olunur.
Sentyabr ayında Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi Babanovu dəstəkləyən bir millət vəkilini həbs edib.
Həmin deputat iğtişaşlar və zorakı çevriliş hazırlamaqda günahlandırılır.