
Urmiya gölünü nə üçün “öldürdülər”?
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
... Yaxud Orta keçid körpüsünün acı tarixi
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Urmiyanın İran parlamentindəki millət vəkili Hadi Bahaduri hökumətin Urmu gölü böhranına laqeyd yanaşdığını deyib. O bu barədə «Təsnim» xəbər agentliyinə danışıb.
«Dövlət ötən il Urmiya gölünün canlandırılması üçün olduqca az məbləğdə vəsait ödədi. Bu məbləğ Urmiya Gölünü Bərpa Mərkəzi üçün nəzərdə tutulan büdcə vəsaitinin sadəcə 25 faizini təşkil edirdi. Nəticədə bir çox problem, o cümlədən bərpa layihələrinin dayandırılmasına şahid olduq.
Əgər büdcə vəsaiti ilə bağlı vəziyyət belə davam edəcəksə, o zaman gölün canlandırılması layihələri məğlubiyyətə uğrayacaq. Ona görə ki, bu vəsaitlə nəzərdə tutulan layihələri icra etmək mümkün deyil. Urmiya gölünü bərpa etmək üçün birinci şərt vəsait məsələsidir», - deyə o vurğulayıb.
Azərbaycanlı millət vəkili büdcə vəsaitini təmin etmək üçün 3 çıxış yolu da göstərib. Onun fikrinə görə, məsələ ilə bağlı ölkənin dini liderinə müraciət etmək, Urmu gölünə yardım fondu təşkil edərək əhalidən vəsait yığmaq və ya xarici yatırımlardan istifadə etməklə maliyyə problemini aradan qaldırmaq mümkündür.
Qeyd edək ki, Urmiya Gölünü Bərpa Mərkəzinin rəsmiləri və Urmiyanın İran parlamentindəki millət vəkili Nadir Qazipurun sözlərinə görə, hazırda Urmu gölü sulu sahəsinin 97 faizdən çoxunu itirib, vəziyyət belə davam edərsə Güney Azərbaycanda 14 milyondan çox insanın həyatı ciddi təhlükə ilə üz-üzə qalacaq.