ŞƏT-in dalınca düşməkdənsə...
Türkiyə TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir
15:02 | 14 oktyabr 2017 | Şənbə
Məqaləyə 3208 dəfə baxılıb
Şriftin ölçüsü
Türkiyə TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir
1 tondan çox xam neft dənizə axdı
Təyyarəmizi vurmaq əmrini rus ordusunun zabiti Dmitri Paladiçuk verib
Moskvadan Astanaya nüvə enerjisinə dəstəyi
Ölkəmiz Transxəzər fiber-optik kabel xətti ilə texnoloji potensialını böyüdür
Türk dövlətindən Putin Rusiyasını qıcıqlandıran addımlar...
Rusiya sayqanlar tərəfindən istila olunub, fermerlər Putindən kömək istəyirlər
“Olimpiadalar insan kapitalının keyfiyyətini yüksəltməklə inkişafa təkan verir”
Xəzərin dibi ilə çəkiləcək internet kabeli layihəsinə start verilir
Qəfil peyda olub, öz-özünə yox olan bəlası
Qonşularının müstəqilliyinə məhəl qoymayan Rusiya ondan icazəsiz atılan hər addım “Qərbin sui-qəsdi” kimi dəyərləndirilir
Ərazidəki insanlar sərxoş olub yatırlar
Ölkə başçısı AES tikintisi üçün xalqın razılığını istəyir
İkinci Dünya Müharibəsindən sonra yaşanan ilk kansleri üzüb: “Bizim üçün də ağrılıdır”
“Astana Opera”nın Bakıya qastrolu
İki ölkə arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə ...
Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin ömür yolundan bəhs edən «Nursultan Nazarbayev. Həyat yolu» kitabı Azərbaycan dilində nəşr olunub. AZƏRTAC xəbər verir ki, kitabın layihə rəhbəri və müəllifi Qazaxıstan Prezidenti Katibliyinin müdiri Mahmud Kasımbekovdur.
Nəşrdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin insanlara dərs ola biləcək təlatümlü və maraqlı həyatından, odla-alovla apardığı mübarizədən, ölkənin var olmasının ölüm-qalım savaşında yadellilər və böyük güclərlə olan mücadilələrindən danışılır. Kitabın içərisindəki sənədlər Prezident Nursultan Nazarbayevin şəxsi arxivindəki sənədlərdən və şəkillərdən ibarətdir.
Kitaba ön sözü Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yazıb.
Kitabı rus dilindən Azərbaycan dilinə Azərbaycan Ali Media, İ.Qaspralı adına Beynəlxalq Türk Akademiyasının media mükafatları laureatı, publisist-jurnalist, Azərbaycan Televiziyasının Orta Asiya ölkələri üzrə müxbir bürosunun keçmiş rəhbəri Aida Eyvazova (Aida Eyvazlı Göytürk) tərcümə edib. Nəşrin məsləhətçiləri Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı və Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev, redaktoru Vəli Əkbərdir.
Azərbaycan ilə Qazaxıstan arasındakı əlaqələri dəyərləndirən prezidentin köməkçisi Əli Həsənov kitaba yazdığı ön sözdə əsərin məziyyətlərindən bəhs edib, həmçinin iki dost ölkənin dostluq və qardaşlıq münasibətlərini önə çəkib, eyni taleyi yaşayan xalqlarımızın həyatında liderlərin danılmaz rolundan söhbət açıb. «Böyük qazax şairi Oljas Süleymenov ümummilli liderimiz Heydər Əliyev barədə xatirələrində onu iri hərflərlə USTAD deyə anırdı. Ümummilli Liderimiz bu ada sadəcə Azərbaycan tarixində oynadığı rola görə deyil, eyni zamanda, Qazaxıstana və O.Süleymenov kimi aydınlara qarşı həyata keçirilən ədalətsizliklərə göz yummamasına görə layiq bilinmişdir. İndi biz eyni adı türk dünyasının digər ağsaqqalı, qazaxların fəxrlə «Elbası» adlandırdıqları hörmətli Nursultan Nazarbayev haqqında da söyləyə bilərik».
Əli Həsənovun qeyd etdiyi kimi, Nursultan Nazarbayevin müdrik siyasətinin nəticəsidir ki, hazırda Qazaxıstanda xalqlar və millətlər arasında möhkəm sülh, sabitlik hökm sürür, multikultural dəyərlər daşıyan funksional bir cəmiyyət formalaşıb. 130-dan artıq xalqın nümayəndələri, o cümlədən azərbaycanlılar vətəndaş sülhü və ümummilli həmrəylik şəraitində yaşayır və fəaliyyət göstərirlər.
«Nursultan Nazarbayev. Həyat yolu» kitabı bu ölkədə yaşayan azərbaycanlılar üçün də ana dilimizin qorunub saxlanması zəminində böyük bir hədiyyədir. Nəzərə alanda ki, Qazaxıstan Respublikası artıq latın əlifbasına keçid mərhələsindədir, Azərbaycan dilinə tərcümə edilmiş kitabı qazax qardaşlarımız da yaxın vaxtlarda çox asanlıqla oxuya biləcəklər. Kitabın Astana və Almatı şəhərlərində təqdimatının keçirilməsi planlaşdırılır.