“Mina ovu” illərlə davam edəcək
Hörmüz boğazındakı dəniz minaları nə qədər təhlükəlidir və necə zərərsizləşdirilir?
23:15 | 19 oktyabr 2017 | Cümə axşamı
Məqaləyə 2396 dəfə baxılıb
Şriftin ölçüsü
Hörmüz boğazındakı dəniz minaları nə qədər təhlükəlidir və necə zərərsizləşdirilir?
ABŞ ilə mümkün razılaşmaya kim cavabdehdir?
ABŞ-İran gərginliyi qiymətləri silkələdi
ABŞ donanması İran gəmisini ələ keçirdi
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
İran razılıq olmasa, Bab əl-Məndəbi də bağlayacağı ilə hədələyir
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Diplomatik gözləntilər qiymətləri aşağı çəkir
Hörmüz blokadasına nəzarət edən qüvvələr sanksiya altında olan gəmiyə müdaxilə etmədi
Atəşkəsdən istifadə edən rəsmi Tehran yeraltı “raket şəhərləri”nin tunellərini açır
“İran şərtləri qəbul etməsə, atəşkəs uzadılmamalıdır”
İslamabad danışıqlarının yarımçıq qalmasının pərdəarxası üzə çıxdı
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Tramp: “Nüvə silahından imtina etməsələr, razılaşma olmayacaq”
Blokadaya 15-dən çox hərbi gəmi qoşulub
Ötən gün – oktyabrın 18-də İranın təhlükəsizlik qüvvələri ölkənin keçmiş prezidenti Məhəmməd Hatəminin öz evindən çıxmasına imkan verməyiblər.
Virtualaz.org xəbər verir ki, «Yaşıl hərəkat»a bağlı «Kalameh» saytının yazdığına görə, təhlükəsizlik qüvvələri Hatəmiyə deyiblər ki, onlara keçmiş prezidentin qatılmalı olduğu mərasimə getməsini əngəlləmək tapşırığı verilib.
Xəbərdə deyilir ki, hazırda təhlükəsizlik qüvvələri Hatəminin evinin ətrafında keşik çəkirlər. «Kalameh» saytı Hatəminin qatılmağa çalışdığı mərasimin nədən ibarət olduğunu yazmayıb. Lakin sosial mediada yayılmış xəbərlərdə deyilir ki, islahatçı eks-prezident özünün rəhbərlik etdiyi Baran İnstitutunda keçirilən görüşə getmək istəyirmiş.
Mənbənin qeyd etdiyinə görə, Hatəmi hər gün işə gedə bilir. Ancaq islahatçılara yaxın başqa bir sayt, «Saham News» keçmiş prezidentin ev dustaqlığına bənzər durumda olduğunu yazır.
«Şahidlərin sözlərinə görə, Hatəminin evinin qarşısında saatlardır ki, təhlükəsizlik orqanlarına məxsus üç avtomobil dayanıb. Onlar Hatəmini ev dustaqlığına bənzər vəziyyətdə saxlayırlar», – deyə «Saham News» yazıb.
Eyni sayt iki həftə öncə Xüsusi Dini Məhkəmənin Hatəmiyə məktub göndərərək onun yaxın 3 ay ərzində hər hansı ictimai və ya özəl tədbirdə iştirakını yasaqladığını yazmışdı. Xəbərdə deyilir ki, bu qadağaya görə Hatəmi hətta teatra, konsertlərə və ailə xaricində hər hansı tədbirə gedə bilməz. Sonradan Hatəminin vəkilləri bu xəbəri təsdiqləmişdilər. Ancaq ədliyyə rəsmiləri keçmiş prezidentə hər hansı yeni qadağaların olduğunu inkar etmişdilər.
Xüsusi Dini Məhkəmənin prokuroru bəyan edib ki, Hatəmiyə qarşı addımlar İranın Milli Təhlükəsizlik Şurasının əmri əsasında gerçəkləşdirilir. Ancaq şuraya rəhbərlik edən İranın hazırkı prezidenti Həsən Ruhani deyib ki, Təhlükəsizlik Şurası heç vaxt keçmiş prezidentə qarşı hər hansı qərar qəbul etməyib.
İslam Respublikasında müxtəlif dövlət orqanları və ya rəsmiləri arasında fikir ayrılığı qeyri-adi hal deyil. Belə ki, idarəçilik sistemi paralel, bir-birinin «ərazilərinə» girən və çox zaman bir-biri ilə rəqabətdə olan güc mərkəzləri üzərində qurulub.
Ruhani müttəfiqi Hatəmiyə qadağaları tənqid edərək istehzayla deyib ki, Hatəmi insanları prezident seçkilərində iştirak edərək ona (Ruhaniyə) səs verməyə çağırdığına görə cəzalandırılır. O, həmçinin ədliyyə sistemini «insanları güdməkdən başqa işi-gücü olmadığına» görə tənqid edib. Bu hadisədən cəmi bir neçə gün öncə Hatəmi heç bir əngəlsiz İslam Birliyinin üzvləri ilə görüş üçün Tehran Universitetinə getmiş, görüşdə ABŞ prezidenti Donald Trampı İranın siyasətini və İslam İnqilab Keşikçiləri Korpusunu (SEPAH) hədəfləyən son nitqinə görə tənqid etmişdi. Ancaq bu görüşdə o, həm də İslam İnqilab Keşikçiləri Korpusunu müdafiə edərək, onun İranın milli təhlükəsizliyinin sütunlarından biri olduğunu demişdi.
«Kalameh» saytının yaydığı xəbərdə deyilir ki, keçmiş prezident bundan başqa, İranın nüvə proqramlarını müdafiə edib və İslam Keşikçiləri Korpusunu terrorla mübarizəyə görə tərifləyib.
«Onlar yanlış anlamamalıdırlar. İslam Respublikasında bəzi fərqli fikirlər ola bilər, ancaq İranın ləyaqətini, inqilabın təməlini, əsas milli maraqlarımızı qorumağa və xarici təhlükələrə müqavimət göstərməyə gəldikdə, biz birik və aramızda heç bir fərq yoxdur», – Hatəmi həmin çıxışında deyib.