3 qonşunun 4 tərəfdən hücumu
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
19:44 | 22 noyabr 2017 | Çərşənbə
Məqaləyə 2860 dəfə baxılıb
Şriftin ölçüsü
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
Rusiyadan Almaniyaya sərt ittiham
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
Lavrov: “Rusiya ilə ABŞ arasında əməkdaşlıq imkanları var”
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Cənubi Qafqazda yaratdığı yeni şəraitdən daha çox töhfə götürmək ən çox ...
Bu konqresmenlər Azərbaycanda heç bir nüfuza malik deyillər
Paşinyan ofisi Zəngəzur dəhlizinin açılmasına dair mövqeyini açıqlayıb
Fars-molla rejiminin Zəngəzur üzərindən geosiyasi şantajı davam edir
Lavrov: “Müdafiə xərclərinin artması NATO-nun dağılmasına səbəb olacaq”
Bakıdan sonra İrəvana səfər edən Rusiya xarici işlər naziri Sergey Lavrov Eçmiədzində «Don Pipo» ləqəbli məşhur erməni mafioz-kriminal avtoritet Artur Asatryanın malikanəsində qonaq olub.
Virtualaz.org xəbər verir ki, bu barədə «Jamanax» qəzeti yazıb. Bildirilir ki, ziyafətdə «Don Pipo»nun qardaşı Lala Asatryan iştirak edib. Lavrovu delikateslərlə, xüsusi reseptlə bişirilmiş ətə qonaq ediblər.
Erməni mətbuatı yazır ki, Sergey Lavrovun Moskvadakı erməni icmasının bir çox liderləri ilə çox sıx münasibətləri var. O, rəsmi münasibətlərlə paralel olaraq erməni diaspor liderləri ilə «insani və şəxsi» təmaslardan da qaçmır. Qəzet Lavrovun «Don Pipo»nun evində qonaq olmasının təfərrüatlarını növbəti sayında dərc etməyi vəd edir.
Bu həmin «Don Pipo»dur ki, Moskvada mənzillənən «Danvesta» şirkətinin sahibidir, şirkət Rusiya paytaxtında yüzlərlə ticarət köşkünü idarə edir. «Don Pipo»nun klanı vaxtilə «Ded Xasan» ləqəbli yezidi kürdü, kriminal aləmin kralı Aslan Usoyanla müharibə edib. 2013-cü ildə İtaliya hüquq-mühafizə orqanları «Don Pipo»nun «Ded Xasan»ın ölümündə əli olduğunu bildirərək onun barəsində beynəlxalq axtarış elan etmişdi. Lakin barəsində beynəlxalq axtarışın elan edilməsinə baxmayaraq «Don Pipo»nun Moskvadakı biznesi davam edib, habelə onun Ermənistanda biznesi var. «Don Pipo» Eçmiədzində, erməni kilsəsinin yaxınlığında məskən salıb. Burada onun böyük iqamətgahı var.