İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
21:02 | 24 noyabr 2017 | Cümə
Məqaləyə 2489 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İki ölkə arasında gərginliyin artması fonunda Səudiyyə Ərəbistanının vəliəhdi İranın ali dini liderini «Yaxın Şərqin yeni Hitleri» adlandırıb.
İranın artan regional qüdrətini nəzərdə tutan Məhəmməd bin Salman «Avropa və Yaxın Şərqdə baş vermiş» hadisələrin yenidən təkrar olunmasına yol verməməyin vacibliyini vurğulayıb.
Səudiyyə Ərəbistanı və İran bölgədə rəqib qüvvələrdir və bir-birlərini sabitsizlik yaratmaqda ittiham edirlər.
İran, vəliəhdin bəyanatına münasibət bildirməyib.
«New York Times» qəzetinə müsahibəsində Məhəmməd ibn Salman deyib ki, İrana nüfuzunu genişləndirmək imkanı verilməməlidir.
«Biz Avropa misalında öyrəndik ki, sakitləşdirmə işləmir. Biz istəmirik ki, İrandakı yeni Hitler Avropada baş verənləri Yaxın Şərqdə təkrarlasın», Ayətullah Əli Xameneyini nəzərdə tutan vəliəhd deyib.
Səudiyyənin de-fakto rəhbəri Məhəmməd ibn Salman hakimiyyətə gələndən bəri İrana qarşı sərt mövqe tutub.
O, ötən ay deyib ki, Yəməndən ər-Riyada doğru atılan raket müharibə aktıdır və İran tərəfindən təşkil olunub.
Səudiyyə Ərəbistanı Yəməndə rəsmi hökuməti dəstəkləyən koalisiya qüvvələrinin rəhbəridir və İranı üsyançı husilərə hərbi dəstəkdə ittiham edib.
Tehran ittihamları rədd edir.
Yaxın Şərqdə rəqib qüvvələri dəstəkləyən İran və Səudiyyə son günlərdə bir-birlərini Livanda yaranmış sabitsizlikdə ittiham edirlər.