
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Bu günlərdə Güney Azərbaycanında mədəni fəallar, qəzetçilər, siyasətçilər və sosial media istifadəçilərindən yerli məsullara qədər, hər kəs bir neçə gün əvvəl Təbrizdə xəstəxanada vəfat edən Əzbərəli Hacəvi haqda danışır.
Əzbərəli Hacəvi 1961 ilində 31 yaşında ikən Şərqi Azərbaycan vilayətində göstərdiyi qəhrəmanlıqla Tehran-Təbriz qatarının təqribən 2 min sərnişinini ölümdən qurtarmışdı. Sonralar dərsliklərdə yer alan bu qəhrəmanlıq hekayəsində dərc edildiyi kimi, hər kəs onu ‘Fədakar Dehqan’ adı ilə tanıyırdı.
Üçüncü sinfin «Fars Dili» dərsliyində «Fədakar Dehqan»ın hekayəsi belə təsvir edilib:
«Soyuq bir payız axşamında dəmiryolu kənarından kəndə sarı gedən Rizəli yaxınlıqdakı dağın dəmir yolunun üzərinə çökdüyünü görür. Hər axşam böyük bir sərnişin qatarının həmin yoldan keçdiyini xatırlayan Rizəli sərnişinlərin həyatının təhlükədə olduğunu anlayır.
Qatarın fit səsi ilə təlaşlanan Rizəlinin ağlına bir fikir gəlir. O, havanın soyuq olmasına baxmayaraq, əynindəki paltarları çıxarıb əlindəki dəyənəyə düyünləyir və fənərinin yağını onun üstünə tökür. Bu şəkildə düzəltdiyi məşəli yandırıb qatara doğru qaçır. Qatar dayanır. Yüzlərlə sərnişin ölümdən qurtulur...»
Hekayədə Əzbərəlinin adı səhvən Rizəli yazılıb. Sosial mediada yayımlanan xəbərlərə görə, hekayə artıq bir neçə ildir dərsliklərdən çıxarılıb.
1931-ci ildə Şərqi Azərbaycan vilayətinin Miyana şəhərinin yaxınlığındakı Qalacıq adlı bir kənddə dünyaya gələn Əzbərəli İran mətbuatına istinadən, həyatın çətinlikləri üzündən Kərəc vilayətinə mühacirət etmişdi.
İranda məktəbə gedən hər kəs bu hekayəni oxusa da, bir neçə il ِöncəyə qədər fədakar Dehqanın əslində kim olduğu və harada yaşadığı bilinmirdi.
O, bir neçə il əvvəl Fars xəbər agentliyinə verdiyi müsahibədə deyib ki, «o hadisə bir il sonra dərsliklərə salındı. Amma, öz kəndlilərimizdən başqa kimsə mənim o ‘fədakar Dehqan’ olduğumu bilmirdi. İllər sonra Təbriz xəstəxanasında təsadüfən ِöyrəndilər».
Mərhum Hacəvi keçən bir neçə ildə bəzi mərasimlərə dəvət edilir və mətbuata müsahibə verirdi. Fars agentliyinin yazdığını görə, o, fars dilini bilmirdi və müsahibələrdə sözləri dilmanc vasitəsilə türkcədən farscaya çevrilirdi.
Böyrək və ağciyər xəstəliyi üzündən Təbrizin İmam Rza xəstəxanasına aparılan Əzbərəli Hacəvi noyabrın 2-də dünyasını dəyişib.