İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
21:56 | 29 dekabr 2017 | Cümə
Məqaləyə 2695 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Dekabrın 28-də İranın Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərində on minlərlə aksiyaçının iştirakı ilə keçirilən kütləvi etirazlarda, ölkənin dini lideri axund Əli Xamneyiyə və ölkə prezidenti Həsən Ruhaniyə qarşı şüarlar səsləndirilib.
«Bahalığa yox» adı ilə «Teleqram» sosial şəbəkəsində edilən çağırışa əsasən baş tutan dinc etirazlar, az sonra hüquq-mühafizə qüvvələrinin və mülki geyimli ETTELAAT əməkdaşlarının müdaxiləsindən sonra daha sərtləşib. Nəticədə aksiyaçılarla hökumət qüvvələri arasında qarşıdurma yaranıb.
«Diktatora ölüm», «Ruhaniyə ölüm», «Fələstin və Qəzzə Zolağını burax, bizə gün ağla», «Polis! get, oğrunu tut», «Bizim millət oyaqdır, oğurluqdan uzaqdır» və digər şüarlar səsləndirən etirazçılar, polisin onlara gözyaşardıcı qaz tətbiq etməsindən sonra küçələrdəki zibil yeşiklərini aşıraraq onlara od vurublar. Etirazlar daha sərtləşdikdən sonra hadisə yerinə əlavə qüvvələr və motosiklet sürən silahlı polislər cəlb edilib. Nəticədə ən azı 100-ə yaxın etirazçı yaxalanaraq naməlum istiqamətə aparılıb.
Hüquq-mühafizə qüvvələrinin etirazçılara qarşı zorakılıq tətbiq etməsindən sonra jurnalistlərə açıqlama verən Məşhədin fərmandarı Məhəmməd Rəhim Noruziyan, etirazçıları «düşmən təsiri altına düşən təxribatçılar» adlandırıb: «Etirazçılar dövlət əmlakını dağıdaraq təxribat törətmək istəyirdilər. Lakin onların bu qanunsuz etirazının qarşısı tez bir zamanda polis tərəfindən alınıb».
Bildirilir ki, həmin gün, İranın Neyşabur, Kaşmər, Şahrud, Simnan və Yəzd şəhərlərində də hökumətə qarşı oxşar etiraz aksiyaları keçirilib.