İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
21:49 | 3 yanvar 2018 | Çərşənbə
Məqaləyə 2921 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
«Bu gün deyə bilərik ki, 1396 -cı ildə (İranda il martın 21-də dəyişir) baş verən fitnə sona çatıb. Bu fitnənin məğlubiyyətini elan edirəm». APA xəbər verir ki, bunu İran İslam Respublikasının Keşikçilər Korpusunun (SEPAH) baş komandanı general-leytnant Məhəmmədəli Cəfəri deyib.
M.Cəfəri bildirib ki, ABŞ, sionistlər və «əl-Səud» İŞİD-ə İrana girmək barədə göstəriş verib: «İŞİD-in bəzi qrupları ölkədə iğtişaşlar və partlayışlar törətmək məqsədilə ölkəyə girib. Bəziləri hesab edir ki, Amerika ilə dostluq etsələr, iqtisadi cəhətdən güclü olacaqlar. Həmin şəxslərə məsləhət görürük ki, hər şeyini ABŞ-la dostluğa qurban vermiş Misirin durumuna bir baxsınlar».
M.Cəfəri hadisələr zamanı Qəhdrican, İzə və Nəcəfabadda insanların öldürülməsi üçün planlar qurulduğunu müşahidə etdiklərini deyib: «Kütlə arasında cinayətlər törədildi. Son fitnə zamanı SEPAH yalnız üç əyalətdə -İsfahan, Lorestan və Həmədanda aksiyalara məhdud şəkildə müdaxilə etdi. Fitnə zamanı toplananların sayı böyük şəhərlərdə 1500 nəfər idi. Ökə üzrə ümumlikdə iğtişaşlarda 15 min nəfər iştirak edib. Cümə günündən bu tərəfə fitnənin mərkəzində olan şəxslərin əksəriyyəti İnqilaba zidd qruplaşmalar və münafiqlər (Xalq Mücahidləri Təşkilatı) tərəfindən təlim görmüş şəxslər idi. Onların hamısı həbs olunub və çox sərt cəzalandırılacaqlar».