Atəşkəs nefti ucuzlaşdırdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
11:14 | 4 yanvar 2018 | Cümə axşamı
Məqaləyə 2402 dəfə baxılıb
Şriftin ölçüsü
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Raket qurğuları və mina qayıqlarına zərbə endirilib
Elektrikli avtomobillərə tələbat artıb
İranın isə vaxtı daralır
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlama təkzib edildi
Ötən gün İranda hökumətə dəstək üçün keçirilmiş izdihamlı nümayişlərin ardınca İnqilab Keşikçiləri Qvardiyasının rəhbəri «azğın qüvvələr» üzərində «tam qələbə» elan edib. General Məhəmməd Cəfəri deyib ki, bu qüvvələr İranda anarxiya, asayişi pozmaq və düşmənçilik toxumu» səpmək istəyiblər. O, hökuməti dəstəkləyən nümayişləri «İran xalqının qanunpozanlara qarşı inqilabi kükrəyişinə» bənzədib.
General deyib ki, qanunsuzluqların baş verdiyi əsas üç vilayətdə - İsfahan, Luristan və Həmədanda inqilab keşikçilərinin qüvvələri yerləşdirilib. Lakin «The Independent» yazır ki, azı 21 nəfərin ölümünə və 450 nəfərin həbsinə səbəb olmuş yürüş və nümayişlər ölkədəki dərin parçalanmaları üzə çıxarıb.
İndi getdikcə daha çox aydın olur ki, etirazlara səbəb heç də təkcə iqtisadiyyatın ağır vəziyyəti yox, həm də sərt xətt-hərəkət tərəfdarları ilə islahatpərəstlər arasındakı hakimiyyət çəkişməsi olub.
Bu da məlum olub ki, prezident seçkisində Ruhaniyə uduzmuş mühafizəkar Əli Rəisinin qayınatası Əhməd Aləmolhoda İran Milli Təhlükəsizlik Şurasına çağırılaraq Məşhəd nümayişindəki mümkün rolu ilə bağlı sorğu-sual edilib. Ayətullah Aləmolhoda Şuraya çağırıldığı barədə xəbərləri təkzib edir.
Rəisinin və Aləmolhodanın doğma şəhəri Məşhəddə başlanmış ilk etirazlarda Ruhaniyə və onun hökumətinə qarşı şüarlar səsləndirilirdi. Liberallar iddia edirdilər ki, bu nümayiş mühafizəkarlar tərəfindən başladılsa da, sonradan nəzarətdən çıxıb. Etirazçılar qəzəblərini mollalara, ali rəhbər Ayətullah Xameneyiyə, inqilab keşikçilərinə və Bəsicə qarşı yönəldiblər.
General Cəfəri onu bildirib ki, ölkədəki nizamsızlıqlara görə həm də «bir keçmiş rəsmi «məsuliyyət daşıyır. Təhlilçilər onun keçmiş prezident Mahmud Əhmədinejada işarə etdiyini düşünürlər. O həm mühafizəkarları, həm də Ruhaninin liberallarını tənqid edirdi.
Bu arada İran təhlükəsizlik qüvvələri son etirazlarda fəallıq edənlərin bəzilərinin fotolarını yayıb, onların «təxribatçılar» kimi axtarıldığını bildirib. Hakimiyyətə yaxın sayt və sosial media hesablarında yayılan fotolarda bu şəxslərin bir çoxunun üzü bağlıdır, yaxud eynək taxıblar.