Blokada kimə və necə təsir edəcək?
Hörmüz boğazındakı yeni gərginlik İran, ABŞ və Asiya üçün risklər artır
21:10 | 28 fevral 2018 | Çərşənbə
Məqaləyə 2476 dəfə baxılıb
Şriftin ölçüsü
Hörmüz boğazındakı yeni gərginlik İran, ABŞ və Asiya üçün risklər artır
Hazırkı artım blokadanın yaradacağı təsiri tam əks etdirmir
Rejim 40-gündə 40-dan az komandanını itirdi
Trampdan İrana sərt xəbərdarlıq
Qiymətli metal fevralın 28-dən bəri 11 faiz dəyər itirib
Enerji qiymətləri kəskin artdı
ABŞ-İranla danışıqlar nəticəsiz başa çatması Trampı hövsələdən çıxardı
“Danışıqlar hərbi bazada keçirilə bilər”
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
İran keçidləri bağladı, 800 gəmi blokadada qaldı
Tehran İslamabada nümayəndə heyəti göndərilməsi xəbərlərini təkzib etdi
Qara qızıl bazarında nadir rast gəlinən hadisə yaşandı
Tehran sanksiya siyahısına düşən Çin bankı ilə iş birliyinə girib
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
İranın pis günləri bitdi, daha betəri başlayır
İran prezidenti Həsən Ruhani fevralın 24-də Tehranda 31-ci Beynəlxalq Xarəzmi Elm Festivalında çıxışında dini institutlara böyük həcmdə pul xərcləməyin ölkənin inkişafına heç bir fayda vermədiyini deyib. Onun sözlərinə görə, hökumətin elmi islamlaşdırmaq cəhdləri uğursuzluğa düçar olub. Çıxış dövlətin IRINN xəbər televiziya kanalında canlı yayımlanıb.
İranın məhkəmə sisteminin rəhbəri ayətulla Sadiq Amoli Laricani isə prezident Ruhaninin bu çıxışını sərt tənqid edərək, onun bu fikirlərini «bayağı» adlandırıb.
Ruhani ifrat mühafizəkarların universitetlərin islamlaşdırılmasına dəstəyini tənqid edərkən belə deyib: «İslam riyaziyyatı, fizikası və ya kimyası, yaxud islami avtomobil sənayesi yoxdur».
«Maşının əlcək qutusuna (bardaçok) Quran qoymaqla həmin maşın islam maşını olmur», – deyə o əlavə edib.
«Elm islami, qeyri-islami olmur»
Prezident elmi «islami» və «qeyri-islami»yə ayırmağın düzgün olmadığını söyləyib. O, hər hansı elmin izahını Quranda və ya dində axtarmağın, elmlərin mənbəyini dini postulatlarla əlaqələndirməyə çalışmağın düzgün olmadığını vurğulayıb.
Ruhani elmi ideologiyadan ayırmağa, İranla dünya arasında elmi əməkdaşlığa çağırıb. O deyib ki, hökumətin elmin islamlaşdırılmasına qoyduğu böyük maddi sərmayə iflas edib.
Dini mühafizəkarlar hələ də mədrəsələrin ölkənin elmi ehtiyaclarını ödəyə, Qərb tipli universitetləri əvəzləyə biləcəyi fikrində israrlıdırlar.
1979-cu il islam inqilabının ardınca İranda elmin islamlaşdırılması məqsədilə yüzlərlə islam institutu yaradılıb.
Qum şəhərində fəaliyyət göstərən, mühafizəkar din xadimi Məhəmməd Taqi Mesbah Yazdinin rəhbərlik etdiyi İslam Elmləri Akademiyası və İmam Xomeyni adına tədqiqat mərkəzi belə təsisatlardandır. Bu qurumlar tez-tez elmi dəyəri olan hər hansı nəticə ortaya qoymadıqlarına görə tənqid hədəfinə çevrilir.
Bu ilin dövlət büdcəsindən belə institutlara milyonlarla dollar vəsaitin ayrılması mediada tənqidə yol açıb. Ötən ilin dekabrı-bu ilin yanvarında ölkədəki yoxsulluq və iqtisadi ədalətsizliyə etiraz etmək üçün küçələrə çıxmış bir çox vətəndaşın qəzəbinə səbəb olub.
İranın ali dini lideri ayətulla Əli Xameneyi və köməkçiləri dəfələrlə Qərbin dəqiq və humanitar elmlərinin İran mədəniyyətinə mənfi təsir göstərdiyini bəyan ediblər.
2014-cü ildə mühafizəkar siyasətçi və Xameneyinin yaxın qohumu Qulaməli Haddad Adel deyib ki, İranda elmləri islamlaşdırmaq cəhdləri həqiqətən də uğursuz olub. Ancaq bununla yanaşı, o, dəqiq elmlərin islamlaşdırılması yönündə yeni tədbirlərin, akademik institutlarla bağlı islahatların gerçəkləşdiriləcəyini vəd edib.
550 milyon dollar
Prezident Ruhani Xarəzmi Elm Festivalındakı çıxışında, eyni zamanda, təhlükəsizlik və kəşfiyyat qurumlarını alim və tədqiqatçılardan şübhələnməməyə çağırıb. O, elm adamları və tələbələrə təzyiq göstərilməsini tənqid edib.
Bu yaxınlarda İranda bir neçə ekoloq-alim casusluq ittihamı ilə həbs edilib. İran mediası prezident Ruhaninin bu bəyanatını həmin hadisə ilə əlaqələndirib.
Həbs olunan alimlərdən biri, doktor Kavus Seyid İmami fevralın əvvəli həbsxanada vəfat edib. Rəsmilər onun ölümünü intihar adlandırsalar da, hüquq müdafiəçiləri bu iddianı rədd edir.
Gələn il dövlət büdcəsindən dini institutlara ayrılacaq vəsaitin 10 faiz artırılaraq, 550 milyon dollara çatdırılacağı gözlənilir.
Ümumiyyətlə, Ruhaninin prezidentliyi dövründə dövlət büdcəsindən dini təsisatlara ayrılan vəsaitin həcmi 26 faiz artıb.
Təkcə Əl-Mustafa Beynəlxalq Universitetinə büdcədən 75 milyon dollar vəsait ayrılıb. Bu dini universitetin məqsədi İranda və digər ölkələrdə oxuyan xarici tələbələrin təhsilinə yardım etməkdir.