«Maraq o qədər də yüksək olmur»
Müxalifət seçki bloku yaratmaqdan vaz keçib...?!
23:13 | 2 yanvar 2013 | Çərşənbə
Məqaləyə 2791 dəfə baxılıb
Şriftin ölçüsü
Müxalifət seçki bloku yaratmaqdan vaz keçib...?!
Elçibəyin qardaşına yazdığı və heç yerdə getməyən məktubunun məzmunu
Mirmahmud Mirəlioğlu: «Çanta Əbülfəz bəyin cənazəsini aparan maşına qoyuldu...»
Sözçülərin deməsindən başa düşmək olar ki, bu payız siyasi ab-hava çox «isti» keçəcək
Pənah Hüseynin təklifinə müxalifətdən reaksiyalar gəldi
Ələsgər Vəliyev: «... Apardığı iqtisadi siyasət uğurlu olmadı»
«Daha heç kimə deyə bilməyəcəklər ki, Elmanı yığışdırın»
«25 illiyi qeydetmə haqqı istənilən insanda var»
KXCP rəsmisi Düşüncə Mərkəzi haqda mətbuatdan eşidib
«Qurum Rusiyanın keçmiş sovet respublikaları üzərində diqtəsi üçün qurulub»
Mirmahmud Mirəlioğlu: «Mütəllibovun yaddaşı getdikcə zəifləyir, səviyyəsi aşağı düşür»
«Yusif Bağırzadənin dedikləri ilə də yeni tanış oldum»
«Onda İsa Qəmbərin görüşləri də hakimiyyətin layihəsidi»
Problemin fəlsəfi qoyuluşu
Oktyabrın 29-da bir neçə xəbər portalı Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun eks-prezident Əbülfəz Elçibəyin zəhərlənərək öldürülməsi iddiası üzrə qaldırılmış cinayət işinin istintaqına faktı təsdiq etməsi haqqında informasiya yaydı. Bir neçə xəbər portalı isə baş verənləri eks-prezidentin məzarının açılması üçün önəmli gəlişmə kimi dəyərləndirdi. Ancaq bir qədər sonra Mirmahmud Mirəlioğlu açıqlama verərək istintaqa belə bir ifadə verdiyini təkzib etdi. Məsələ qısa zamanda virtual aləmdə elə sürətlə yayılmağa başladı ki, sonda Əbülfəz Elçibəyin ailəsi Baş Prokurorluğa və mediaya müraciət edərək saxta ittihamla qaldırılan cinayət işinin dərhal dayandırılmasını tələb etmək məcburiyyətində qaldı.
Bu arada AXCP sədrinin müavini Gözəl Bayramlı facebook sosial şəbəkəsindəki profilində baş verənlər haqqında açıqlama yayaraq Mirmahmud Mirəlioğlunu cəmiyyətdə çaşqınlıq yaratmaqda qınadı: «Yarımçıq da olsa, təkzib açıqlamaları oxudum. KXCP funksionerləri də bu təkzib açıqlamalarını yayır, Mirmahmud bəyi prokurorluğa verdiyi ifadəyə görə qınayanları səhv etməkdə, tələsməkdə qınayırlar. Buna baxmayaraq, qeyri-müəyyənlik yenə qalır».